Icma.az
close
up
RU
Borc bataqlığındakı Hayduk geniş islahatların astanasında Zirə , diqqət!

Borc bataqlığındakı Hayduk geniş islahatların astanasında Zirə , diqqət!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Hayduk"da genişmiqyaslı islahatlar olacaq.

"Football-plus.az" Xorvatiya mətbuatına istinadla xəbər verir ki, iyunun 30-da klubun Müşahidə Şurasının sədri vəzifəsinə elektron seçki keçiriləcək. Artıq bu post üçün 5 namizəd var. Bunlar Pavasoviç Viskoviç, Yosip Babiç, Damir Dominikoviç, Frano Beloqradski və Branimir Britviçdi. Seçiləcək şəxs növbəti 4 il ərzində sözügedən vəzifəni icra edəcək.
Bildirək ki, "Hayduk" azarkeşləri dəfələrlə klubun son illərdəki fəaliyyətindən narazı qaldığını, ciddi dəyişikliklərin zəruri olduğunu vurğulayıb. Sonuncu çempionluğu 2004/05 mövsümündə yaşayan tərəfdarlar 20 illik həsrətin sona çatmasıyla yanaşı, avrokuboklarda ciddi uğurlar tələb edir.
Hər halda, kollektiv 21-ci əsrdə bu istiqamətdə "dişə vurulası" nəticələr qazana bilməyib. Əlbəttə, bu, səbəbsiz deyil. Çünki "dəniz ustaları" son illərdə maliyyə çətinlikləriylə üzləşib. Klubun xüsusilə əsas komandasına yetərincə sərmayə ayrılmayıb. İstər daxili çempionatda, istərsə də avrokuboklarda nəticələr baxımından sıçrayışa nail olmaq istəyən rəhbər şəxslər düzgün strategiya formalaşdıra bilmədiyindən gəlirlər azalıbsa, xərclər artıb. Yarıtmaz idarəçilik "Hayduk"un borc bataqlığına sürüklənməsinə səbəb olub.
Yuxarıda adı çəkilən namizədlər "Hayduk" azarkeşlərinə müraciətlərində maliyyə durumunun sabitləşdirilməsi, idman infrastrukturunun inkişaf etdirilməsi, kluba işçi qruplarından əsas heyətə qədər təcrübəli şəxslərin cəlb edilməsi, məsuliyyətli, strateji və müstəqil fəaliyyətin araya-ərsəyə gətirilməsi, ən əsası, "Hayduk"un avrokuboklardakı əzəmətini qaytarmaq yönündə işlər görüləcəyini söz verib. Onlar nəzarətin formal xarakter daşımayacağını, bununla belə, tərəfdarlara müntəzəm hesabat veriləcəyini bildirib.
Qısası, "Hayduk" tarixi dəyişiklik astanasındadı. Əlbəttə, yeni rəhbərlik məhz Konfrans Liqasında tərəqqi etməyə çalışacaq. Və bu məqam "Zirə"nin məsuliyyətini artırmalıdı.
Xatırladaq ki, "qartallar" "dəniz ustaları"yla iyulun 23-də evdə, 31-də səfərdə qarşılaşacaq.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 İyun 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri