Icma.az
close
up
RU
Borcalanların NƏZƏRİNƏ: Ödəyə bilmədiyiniz kreditlər belə təmin olunur

Borcalanların NƏZƏRİNƏ: Ödəyə bilmədiyiniz kreditlər belə təmin olunur

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Borcalanın ödəmə qabiliyyətinin olmaması hallarında adətən iki vəziyyət ortaya çıxır. Birinci halda, şəxs işini müvəqqəti itirirsə və ya biznesində iflas baş veribsə, məhkəmə yolu ilə kredit təminatı müəyyən edilir. Əgər borcalanın zamini və ya digər ümumi təminatı varsa, ödəniş məhkəmə qərarı ilə həmin təminata yönləndirilir".
Bunu Demokrat.az-a açıqlamasında bank eksperti Emin Kərimov deyib. 
O, bildirib ki, belə qərarlar ödənişin təmin olunma qaydasını tənzimləyir:
"Adətən, borcalanın həyat sığortası və ya digər sığortası mövcuddursa, ödənişlər bu sığorta vasitəsilə həyata keçirilir. Yəni, ödəniş qabiliyyəti itibsə və ya şəxs vəfat edibsə, varisi və ya banka müraciət edilərək, ödəniş sığortaya yönləndirilə bilər. Əgər təminatı varsa, ödənişlər həmin təminata əsaslanır. Heç bir təminat yoxdursa və borcalan vəfat edibsə, ödəniş hüquqi varislərə yönləndirilir. Bank kredit verərkən bu halları nəzərə alır və borcalandan təminat tələb edir. Bəzi kiçik məbləğli kreditlər (məsələn, 3.000–5.000 manat) adətən ya sığorta, ya da varisdən təmin edilir. Bu məsələlər məhkəmə qərarı ilə həll olunur".
Ekspert bildirib ki, iri məbləğli kreditlərdə isə adətən təminat mövcuddur və ödənişlər həmin təminata yönləndirilir:
"Resurs məhdud olduqda, məsələn, şəxs işini itiribsə, banka müraciət edərək işsiz olduğunu təsdiq edir. Bank da bunu yoxlayaraq, ödənişlərin müəyyən müddət üçün (adətən 6 ay–1 il) azaldılmasına və ya dayandırılmasına icazə verir. Bu, borcalanın ödəniş qabiliyyəti bərpa olunana qədər tətbiq edilir. Bu prosedur texniki və ailə vəziyyətindən asılı olaraq həyata keçirilir. Şəxs bank qarşısında işsizliyini və ödəniş qabiliyyətinin itirildiyini sübut etdikdə, bank resursun azaldılmasını icra edir. Bank bunun əsaslı olduğunu təsdiqləyir və ödənişlərin azaldılmasına və ya təxirə salınmasına imkan verir".
Onun sözlərinə görə, əgər borcalanın əmlakı varsa, ödənişlər bankın balansına keçir və kreditin ödənməsinə yönəldilir:
"Kifayət etmədikdə, əlavə təminatlar və ya hüquqi tədbirlər məhkəmə tərəfindən təyin olunur. Bu hallarda hüquqi məsləhət almaq faydalıdır. Əgər təminat məbləği kredit borcunu tam ödəmirsə, məsələn, qiymət düşübsə və ya əmlak yenidən tikilibsə, məhkəmə qərarı ilə ödənişlərin hansı vasitələrlə həyata keçiriləcəyi müəyyən edilir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Yanvar 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri