Icma.az
close
up
RU
Borçalı əsilli alim AAK la bağlı Prezidentə müraciət ünvanladı

Borçalı əsilli alim AAK la bağlı Prezidentə müraciət ünvanladı

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dos. Əsəd Tanırverdi oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətin mətnini təqdi edirik:

Hörmətli Prezident İlham Əliyev cənabları, mənim “XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” adlı doktorluq dissertasiya işimə artıq ikinci dəfədir ki, AAK-ın Tarix və antropologiya üzrə ekspert şurasından imtina məktubu gəlir. Mən ekspert şurası üzvlərinin münasibətindən və onların işim haqqında çıxardığı qərardan razı deyiləm. Uzun illər üzərində işlədiyim, müvəffəqiyyətlə müdafiə etdiyim dissertasiya işimə adlı-sanlı yerli və xarici etnoqraf alimlər (AMEA-nın müxbir üzvü H.F.Səfərli, qazax alimi t.e.d., prof. J.Artıkbaev və b.) müsbət rəy vermişlər. Mənfi rəy aldığım gürcü alimi L.M.Caniaşvili də mənim etnoqrafik tədqiqatıma ciddi irad bildirmədən, əsasən Gürcüstan azərbaycanlılarının yaşadığı torpaqlarda aborigen olduğunu yazdığımla razılaşmadığını qeyd etmişdir. Halbuki, mənbə və çoxsaylı müxtəlif tədqiqatlar Gürcüstan azərbaycanlılarının yerləşdikləri ərazilərin aborigen əhalisi olduğunu təsdiq etməkdədir. Bu barədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Tiflisdə azərbaycanlılar qarşısında çıxışında (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. V kitab. 9 mart 1996. s. 440-441) demişdir: “Azərbaycanlılar Gürcüstanda öz vətənlərində yaşayır, öz torpaqlarında, öz əcdadlarının, öz ulu babalarının yaşadıqları diyarda, eldə, obada yaşayırlar. Borçalı Azərbaycan xalqının ən dəyərli diyarlarından biridir. Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi, Azərbaycan üçün də əziz olmuşdur, bu gün də əzizdir. Mənim dostum E.Şevardnadze doğru deyir, Gürcüstanda yaşayan azərbaycanlılara heç diaspor demək olmaz. Çünki kənardan gəlmiş azərbaycanlılar deyil ki, onlara diaspor deyək. Onlar burada əsrlər boyu yaşamış, yaratmış azərbaycanlılardır”.

Cənab Prezident, mən elmə təsadüfi gəlməmişəm. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda həmin institutda ED 1.30 Dissertasiya Şurasının “etnoqrafiya-etnologiya” ixtisası üzrə Elmi Seminarının üzvüyəm. Həyatımın mənasını elmdə görərək, pedaqoji və digər fəaliyyətlə məşğul olmadan ömrümü yalnız etnoqrafiya elminin tədqiqinə həsr etmişəm. 4 monoqrafiyam, 50-dən çox elmi məqaləm daxili və xarici jurnallarda çapdan çıxıb, eyni zamanda 3-ü xaricdə olmaqla, 4 monoqrafiyanın həmmüəllifiyəm:

Gürcüstan azərbaycanlılarının mənəvi mədəniyyəti. Bakı, Elm, 1995 Haqqın gözü tərəzidir... (etnoqrafik düşüncələr). Bakı: Azərnəşr, 2006 XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti (tarixi-etnoqrafik tədqiqat). Bakı: Elm və təhsil, 2012

4. Gürcüstan azərbaycanlılarının etnoqrafiyası (təsərrüfat məişəti və maddi mədəniyyəti). Bakı: Avropa, 2019

5. Qəbələ tarixi. İstanbul: Ihlas Gazetecilik A.Ş. – 2016 (Üç dildə: Azərbaycanca, rusca və ingiliscə) həmmüəllif.

6. Qəbələ folkloru. İstanbul: Ihlas Gazetecilik A.Ş. – 2016 (Üç dildə: Azərbaycanca, rusca və ingiliscə) həmmüəllif.

7. Qəbələ etnoqrafiyası. Istanbul: Ihlas Gazetecilik A.Ş. 2017 (Üç dildə: Azərbaycanca, rusca və ingiliscə) həmmüəllif.

8. Qarabağ: tarixi-etnoloji tədqiqat (maddi, mədəni və mənəvi irs). Bakı, 2023 həmmüəllif.

Cənab Prezident, xahiş edirəm Azərbaycançılıq ideologiyası baxımından ilk dəfə tərəfimdən məişət və mədəniyyəti kompleks halda işlənib, tarixin yaddaşına ötürülən Gürcüstan azərbaycanlılarını heç kəsin istəyinə, düşüncəsinə qurban getməyə yol verməyəsiniz! Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevçoxsaylı çıxış və nitqlərində dönə-dönə milli-mənəvi dəyərlərimizin toplanması, qorunması və öyrənilməsini (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: Çoxcildlik əsərləri. Bakı: Azərnəşr, 2016. s. 18) tövsiyə etmişdir: “Milli ideologiyamızın əsas hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətindəformalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

Cənab Prezident, elə mən də uzun illər boyu Gürcüstanda yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərini, məişəti ilə bağlı müxtəlif məsələləri işıqlandırmışam. Bu isə kimlərinsə xoşuna gəlmir.

Cənab Prezident, bildiyiniz kimi, xalqın tarixi təkcə yazılı mənbələrdə deyil, eləcə də onun yeməyində, geyimində, yaşayış evlərində, habelə əfsanə və epik dastanlarında, rəvayətlərində, etnos tərəfindən yaradılıb, onu başqalarından fərqləndirən mədəniyyətin bütün sferalarında qorunur. Ona görə də,Gürcüstanda yaşayan soydaşlarımız haqqında nə yazılırsa, dəyərləndirilməli, kimlərinsə subyektiv münasibətinə qurban verilməməlidir. 500 mindən artıq əhalinin taleyi ilə oynamaq, onların ərazinin yerli sakinləri olmalarına, məişət və mədəniyyətinə barmaqarası baxmaq nə AAK-a, nə də onların üzvlərinə üzağlığı gətirməz. Uzaq-yaxın haqq yerini tapacağına inanıram.

Cənab Prezident, AAK-ın Tarix və antropologiya ekspert şurasının üzvlərindən olan prof. Məhəbbət Paşayevanın işim barəsində əlimdə iki müsbət rəyi, eyni zamanda, seminarda dissertasiyam haqqında söylədiyi çıxışı var. Ekspert şurasında isə əleyhimə səs verib. Bu nə ikiüzlülük, ədalətsizlikdir? Budurmu Prezident yanında Ali Attestasiya Komissiyasının ekspert şurası?!

Cənab Prezident, onu da deyim ki, AAK-a 1-ci ekspert şurasının iclasına çağırıldığım vaxt prof. Əliağa Məmmədlinin “Bütün suallara yaxşı cavab verdin. Düzdür, səni çox sıxdıq, lakin yaxşı müzakirə keçdi. Get, 1 aya və ya 1 ay yarıma cavab gələcək” deməsinə baxmayaraq, neçə aydan sonra mənə imtina məktubu gəldi. Niyə? Kimdi dissertasiyasını əzmlə yazıb, bu yolda canını-qanını verən mənim kimi adamların işinə mane olan, AAK-a nifrət yaradan? Kimdi Borçalı Türklərinin varlığına, eyni zamanda, onların məişət və mədəniyyətinə darılan? Yaxşı olardı, ekspert şurasında etnoqrafik tədqiqatlara fikir bildirən şəxslərin elmi rəhbəri olduqları doktorantlarının dissertasiya işlərinə nəzər salınsın: şəxsi nüfuz və tutduğu mövqedən istifadə edərək AAK-dan “etnoqrafiya və etnologiya” ixtisası üzrə çox zəif və elm üçün əhəmiyyəti olmayan bəzi dissertasiya işləri təsdiq alır. AAK-da çıxışıma gəldikdə isə, ardıcıl oxunan çoxsaylı və əksəriyyəti qeyri-elmi iradları yazılı qeyd etməyimə macal verilmir, şifahi yaddaşımda qalanlara cavab verməli oldum.

Cənab Prezident, mənim 65 yaşım var. Ağır bronxial-astma xəstəliyimə görə təngənəfəsliyimdən bəzən fikrimi başa çatdıra bilmir və bununla bağlı gərginlik yaşayıram. Xəstəliyimlə bağlı yaddaş və nəfəs darlığı problemimin olması, eyni zamanda, bəzən ləhcə ilə danışmağım işim haqqında mənfi rəy yaradılmasına rəvac verməli deyil. Bu hal illərlə araşdırdığım mövzunun - dissertasiya işimin zəifliyinə dəlalət etmir. 30 ildən artıq bir müddətdə bu dissertasiya işimi canıma-qanıma hopdurmuşam. Təqdim etdiyim dissertasiya mənim taleyimin, eyni zamanda doğulub boya-başa çatdığım ərazinin sakinlərinin həyatlarının ən gərəkli səhifəsidir.

Cənab Prezident, uzun illər ərzində yazdığım dissertasiya işimə şəxsi münasibət fonunda qərəzli və subyektiv münasibətin qarşısını alın. Xahiş edirəm, ekspert şurası üzvlərinin subyektiv və qərəzli mövqeyini nəzərə alaraq, dissertasiya işimə yeni ekspert şurasında ədalətli şəkildə baxılmağa və layiq olduğum doktorluq diplomumu almağa köməklik göstərin.

Cənab Prezident, son olaraq onu deyim ki, haqq-ədalətin bərpa olunacağına inanır, göydə Allahdan, yerdə isə Sizdən kömək istəyirəm. İnanıram ki, Sizin sayənizdə AAK-ın bütün dolaşıq məsələlərinə son qoyulacaq.

Əsəd Əliyev/tel: 070 322 05 94

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri