Icma.az
close
up
RU
Borclu olduğu pulu qaytar dedim, məni döydü Məhkəmə

Borclu olduğu pulu qaytar dedim, məni döydü Məhkəmə

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Quba rayonunda həmkəndlilər arasında borc pul üstündə yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 16-da, Quba-Qusar yolunun Quba rayonu, Digah kəndi ərazisindən keçən hissəsində baş verib. 
1976-cı il təvəllüdlü Samir yolun kənarında həmkəndlisi Vüsal (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı onu baş nahiyəsindən daşla qəsdən vuraraq ona xəsarətlər yetirib. 
Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, yanvarın 16-da, saat 13 radələrində Vüsal ilə rastlaşıb:
“Bu zaman Vüsal məni təhqir etdiyinə görə aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı əsəbləşərək yumruqla onun üz nahiyəsindən vurdum və əlim ilə itələdim. Mübahisə təxminən 2-3 dəqiqə müddətində davam etdi. Həmin vaxt orada kənar şəxslər olmayıb”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda zərərçəkmiş şəxslə barışıq əldə edib. O, məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayətinin olmamasını nəzərə alınmasını istəyib. 
İş üzrə zərərçəkmiş Vüsal ifadəsində göstərib ki, hadisə günü təqsirləndirilən Samir ilə rastlaşıb: “Bu zaman ondan borclu olduğu pulu qaytarmağını istədim. Həmin vaxt aramızda mübahisə yarandı. Mübahisə zamanı yumruqla baş və bədən nahiyələrimdən vurdu”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri