Icma.az
close
up
RU
Borneodan Asiyaya portal : İki milyon yaşı olan ağacın sirri açıldı

Borneodan Asiyaya portal : İki milyon yaşı olan ağacın sirri açıldı

Icma.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ və Bruneydən olan beynəlxalq alimlər qrupu maraqlı bir elmi kəşfə imza atıb. Onlar 2 milyon ildən artıq yaşı olan, yerli dildə "Kapur Paya" adlanan "Dryobalanops rappa" (ətirli driobalanops) ağacına aid daşlaşmış yarpaqlar aşkar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat "American Journal of Botany" (AJB) elmi jurnalında dərc olunub.

Qeyd olunur ki, bu tapıntı müasir ağac növünün qədim Asiya tropik meşələrində mövcudluğunu birbaşa sübut edən ilk paleontoloji dəlildir.

Alimlər qədim yarpaqları mikroskop altında araşdıraraq, yarpağın kutikulası (xarici qoruyucu təbəqə) üzərindəki xırda strukturları müasir "Dryobalanops rappa" növü ilə müqayisə ediblər. Nəticədə, tam uyğunluq müəyyən olunub.

Hazırda bu ağac növü yalnız Borneo adasının (Kalimantan) torf meşələrində yayılıb və nəsli kəsilməkdə olan növlər siyahısındadır.

"Dryobalanops rappa" dipterokarp ailəsinə aiddir. Bu ailəyə daxil olan nəhəng meşə ağacları karbonun saxlanması və biomüxtəlifliyin qorunması baxımından son dərəcə əhəmiyyətlidir. Lakin meşələrin qırılması və torf bataqlıqlarının məhv edilməsi, bu növlərin sürətlə yox olmasına səbəb olur.

Qeyd edək ki, bu kəşfə qədər Asiyanın tropik meşələri haqqında paleontoloji məlumatlar Amazon və Afrika meşələri ilə müqayisədə olduqca az idi. İndi isə məlum olur ki, bəzi müasir ağac növləri hələ pliosen dövründə, yəni milyonlarla il əvvəl də bu ərazilərdə mövcud olub.

Alimlər növbəti mərhələdə Cənub-Şərqi Asiyada yeni daşlaşmış bitki qalıqları axtarmağı planlaşdırırlar. Məqsəd - tropik meşələrin təkamül tarixini daha dəqiq şəkildə bərpa etməkdir.

Bu tədqiqat nəsli kəsilməkdə olan növlərin və onların yaşayış mühitinin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 06:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri