Bornmutu məğlubiyyətdən türkiyəli futbolçu xilas etdi
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Premyer-liqanın 16-cı turunun son matçında ''Bornmut'' ''Vest Hem''i qəbul etdi.
Görüşdə əsas maraqlı hadisələr son anlara təsadüf etdi. Bu mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparan və evdə ''Arsenal'', ''Mançester Siti'', ''Tottenhem'' kimi rəqibləri məğlub edən ''Bornmut'' bu oyundan xalsız ayrılmağa yaxın idi.
Belə ki, 87-ci dəqiqədə VAR ilə qazanılan penaltini Braziliya yığmasının üzvü Paketa dəqiq yerinə yetirərək qonaqları hesabda önə keçirdi. Amma 90-cı dəqiqədə səhnəyə Türkiyə yığmasının üzvü Enes Ünal çıxdı. 80-ci dəqiqədə oyuna daxil olan forvard cərimə zərbəsini mükəmməl yerinə yetirərək ''Bornmut''u məğlubiyyətdən xilas etdi.
27 yaşlı futbolçu ötən tur ''İpsviç''lə səfər oyununda (2:1) da sonradan meydana daxil olaraq 88-ci dəqiqədə fərqlənmiş və geri dönüşün əsasını qoymuşdu. Bu mövsüm Enes ''Bornmut''un heyətində 13 rəsmi oyunda 2 qol, 1 məhsuldar ötürməlik performans sərgiləyib.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 18 Dekabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















