Icma.az
close
up
RU
Borrell: Tramp dövründə ABŞ artıq Avropanın müttəfiqi sayıla bilməz

Borrell: Tramp dövründə ABŞ artıq Avropanın müttəfiqi sayıla bilməz

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının (Aİ) keçmiş ali nümayəndəsi Josep Borrell bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə təklif etdiyi 28 maddəlik “sülh planı” Avropa üçün ciddi siqnaldır və bu şəraitdə ABŞ-ı Avropanın müttəfiqi kimi qəbul etmək mümkün deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə Borrell “X” platformasında yazıb.

“Vaşinqtonun Avropanın təhlükəsizliyinə birbaşa təsir edən belə vacib məsələlərdə Aİ ilə məsləhətləşməməsi ABŞ siyasətində ciddi dəyişiklik olduğunu göstərir. Avropa bu “siyasi dönüşü” qəbul etməməli və uyğun şəkildə reaksiya verməlidir”, - deyə o qeyd edib.

Borrell həmçinin vurğulayıb ki, Trampı “yumşaltmaq” siyasəti nəticə verməyib: hərbi xərclər, rəqəmsal tənzimləmə, beynəlxalq vergi siyasəti və enerji təchizatı kimi sahələrdə verilən güzəştlər heç bir effekt yaratmayıb.

Xatırladaq ki, ötən həftə ABŞ-ın Ukrayna ilə bağlı 28 maddəlik planı Avropalı tərəfdaşlar arasında narazılığa səbəb olub. 23 noyabrda Cenevrədə ABŞ–Ukrayna məsləhətləşmələri keçirilib. ABŞ dövlət katibi Marko Rubio görüşü “münaqişə dövründə ən məhsuldar” adlandırsa da, "Politico" danışıqların gərgin keçdiyini və Kiyevin sənədə dəyişiklik edilməsində israr etdiyini yazıb.

Bundan əvvəl nəşr iddia etmişdi ki, ABŞ quru qoşunları naziri Daniel Driskoll yaxın günlərdə Əbu-Dabidə keçiriləcək görüşdə Rusiyaya 28 yox, 19 maddəlik yeni plan təqdim edə bilər. "Financial Times" isə xəbər verib ki, Driskollun BƏƏ-yə səfəri çərçivəsində Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirill Budanovla da görüş nəzərdə tutulub. Bunun Rusiya və Ukrayna ilə üçtərəfli təmasları əhatə edib-etmədiyi isə dəqiq bilinmir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri