“Borussiya Dormund” və “Bayer Leverkuzen” səfərdə qələbə qazanıb
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Bundeslianın 28-ci turunun ikinci oyun günündə çempionatda ikinci yerdə qərarlaşan “Bayer Leverkuzen” səfərdə “Haydenhaym” ilə qarşılaşıb.
SİA xəbər verir ki, görüşdə leverkuzenlilər minimal hesabla qalib gəliblər. “Borussiya Dortmund” da səfərdə qələbə qazanıb. Dortmund təmsilçisi “Frayburq”u 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
“Leyptsiq” - “Hoffenhaym” - 3:1
“Maynts” - “Holştayn Kiel” - 1:1
“Boxum” - “Ştutqart” - 0:4
“Verder Bremen” - “Ayntraxt Frankfurt” - 2:0.
Xatırladaq ki, “Bavariya” səfərdə “Auqsburq”u 3:1 hesabı ilə məğlub edib.
Tura aprelin 6-da oynanılacaq “St Pauli” - “Borussiya Münxenqladbax” və “Union Berlin” - “Volfsburq” görüşləri ilə yekun vurulacaq.
Bundesliqaya 68 xalla “Bavariya” liderlik edir. Münxenliləri 62 xalla “Bayer Leverkuzen” izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 Aprel 2025 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















