“Borussiya Dortmund”un yeni baş məşqçisi ilk qərarlarını açıqlayıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Berlin, 4 fevral, AZƏRTAC
“Borussiya Dortmund” futbol klubu 53 yaşlı xorvatiyalı Niko Kovaçı yeni baş məşqçi kimi rəsmi şəkildə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Niko Kovaç mətbuat konfransında klubda fəaliyyəti ilə bağlı ilk qərarlarını açıqlayıb. Belə ki, komandanın kapitan sarğısını yenə Emre Can daşıyacaq. Kovaç bu barədə açıqlamasında bildirib: “Emreni yaxşı lider olaraq görürəm, alman milli komandasında və böyük klublarda çıxış edib. Ona tam inanıram”.
Niko Kovaç, həmçinin Niklas Sülenin də komandada qalacağını açıqlayıb. Baş məşqçi komandadakı hədəfləri barədə danışarkən deyib: “Əlbəttə ki, hədəfimiz maksimuma nail olmaqdır. Ancaq hazırda 11-ci sıradayıq. Buna görə də turnir cədvəlinə yox, ancaq nəticəyə baxırıq. Əzmkar və səbirli olmalıyıq”.
Qeyd edək ki, bu mövsüm qeyri-sabit çıxış edən komanda hazırda 29 xalla 11-ci sırada qərarlaşıb. Klub rəhbərliyi uğursuz çıxışa görə sabiq baş məşqçi Nuri Şahinlə yolları ayırıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 04 Fevral 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















