“Borussiya” klubunun rəhbərliyi Nuri Şahinlə bağlı qərarını verib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 yanvar, AZƏRTAC
Almaniyanın “Borussiya” (Dortmund) klubu baş məşqçisi Nuri Şahinlə bağlı qərarını verib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi uğursuz nəticələrə baxmayaraq, türkiyəli mütəxəssislə yoluna davam edəcək.
Məlumata görə, “Borussiya” yanvarın 17-də ölkə çempionatının XVIII turunda “Ayntraxt”la görüşdə məğlub olsa belə, N. Şahin postunda qalacaq.
Klub rəhbərliyi 37 yaşlı çalışdırıcının komandanı toparlayacağına inanır.
Qeyd edək ki, “Borussiya” Bundesliqada 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Nuri Şahinlə yollar ayrıldı RƏSMİ
22 Yanvar 2025 14:56
“Borusiyya” Nuri Şahinlə yolları ayırdı İdmanXəbər
22 Yanvar 2025 12:58
Borussiya Dortmund Nuri Şahini qovdu
22 Yanvar 2025 12:40
“Borussiya”dan Nuri Şahin qərarı İdmanXəbər
16 Yanvar 2025 13:03
Nuri Şahinin “Borussiya”sı yenə məğlub oldu
18 Yanvar 2025 01:35

