“Borussiya”dan yeni transfer: Belçikadan Almaniyaya
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
18 yaşlı hücumameylli yarımmüdafiəçi Konstantinos Karetsas Belçikanın “Genk” klubundan Almaniyanın “Borussiya Dortmund” komandasına transfer olunub.
Apasport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yunanıstan millisinin üzvü yeni klubu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan beşillik müqavilə imzalayıb.
Mətbuatda yayılan məlumatlara görə, Dortmund təmsilçisi bu keçid üçün 30 milyon avro ödəyib. Daha əvvəl İtaliyanın “Milan” klubunun da futbolçu ilə maraqlandığı bildirilirdi.
Karetsas ötən mövsüm “Genk”in heyətində Belçika çempionatında 34 oyuna çıxıb, qol vura bilməsə də, 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Avropa Liqasının 2025/2026 mövsümündə isə 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Çexiyalı qapıçı "Nyukasl"da Lui van Qal Niderland millisinə qayıdır? "Trabzonspor"dan Salah açıqlması La Liqada klubunu dəyişdi Kolo Muani rəsmən “Yuventus”da
Baxış sayı:175
Bu xəbər 03 Avqust 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















