Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır Komitə sədri tıxacdan danışdı
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sərhəd kəndlərimiz məskunlaşmanı ən yüksək səviyyədə qoruyub saxlamılıyıq. Bakının əhalisinin dəqiq monitorinqlərini aparın, onun çox mühüm hissəsi kirayələrdə yaşayan, xüsusilə, kənd rayonlarından gələn insanlardır. O deməkdir ki, Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına edilən basqını artırırıq və hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib. Komitə sədri bunun sadə olmadığını, amma buna cəhd etməyin 5-7 il sonra nəticələrini verəcək:
"Biz həmişə bunu söyləyirik ki, elektrik enerjisinin tarifini üç dəfə azaldacaqsan. Kənddə qaz mövcuddursa, onu üç dəfə azaldacaqsan. Bu, büdcə üçün böyük bir itki yaratmır, əksinə Bakıda tunelə və yaxud da o əhalinin məskunluğuna çəkilən xərclər bundan bir neçə dəfə artıqdır. İpotekanı bölgələrdə verəcəksən, emal müəssisələrinə sıfır vergi siyasəti aparacaqsan, müəllimlərin, həkimlərin ödənişlərini bir neçə əmsal artıq verəcəksən. Vətəndaş kənddə yaşamağın üstünlüyünü, cazibəsini hiss edəcək, bu dünyada keçirilmiş yoldur. Əgər poçtu, tibb məntəqəsini bağlayırıqsa, məktəb də bu gedişatla bağlanmaq vəziyyətində qalırsa, o halda kəndin özünün varlığı sual altına düşür. Bizim boşalan kəndlərimizə qayıdış proqramı lazımdır. Həqiqətən insanlar o bölgələrdə yaşasınlar və ekoloji təmiz məhsul istehsal olunsun. Kəndə gedəndə kəndli insanı görəsən, kənd turizmi inkişaf etsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 Sentyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















