Boşandıqdan sonra 60 milyonluq villanı Cenifer Lopezə bağışladı
Shownews saytından alınan məlumata görə, Icma.az bildirir.
Aktyor Ben Afflek eks-həyat yoldaşı, müğənni Cennifer Lopezə 60 milyon dollarlıq dəbdəbəli malikanə hədiyyə edib.
Axşam.az xəbər verir ki, söhbət cütlüyün ailə qurduqdan sonra yaşadıqları Beverli-Hillzdə yerləşən mülkdən gedir. Onlar sözügedən villanı 2023-cü ilin mayında 60,85 milyon dollara almışdılar. Mülkdə 12 yataq otağı, 24 hamam, 12 maşınlıq qaraj, şəxsi lift, həmçinin basketbol meydançası, trenajor zalı, boks rinqi və hovuzdan ibarət böyük idman kompleksi var.
Boşandıqdan sonra ev satışa çıxarılsa da, qiyməti 68 milyondan 52 milyon dollara endirilməsinə baxmayaraq alıcı tapılmayıb. Ben isə mülkdəki payından imtina edərək onu CeyLo-ya bağışlayıb.
Qeyd edək ki, Cennifer Lopez dörd dəfə ailə qurub. O, ötən ilin yanvarında isə aktyor Ben Afflekdən boşanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 12 Aprel 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















