Icma.az
close
up
RU
Boşanma uşaqların psixikasını bu cür pozur Psixoloqdan ciddi XƏBƏRDARLIQ

Boşanma uşaqların psixikasını bu cür pozur Psixoloqdan ciddi XƏBƏRDARLIQ

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə boşanmaların sayı sürətlə artmaqda davam edir. Hətta mediatorlardan birinin sözlərinə görə, boşanmaq üçün 2 saatda bir müraciət edilir. Boşanmalar hər iki tərəflə yanaşı, uşaqlara da ciddi təsirlərini göstərir.

Bəs uşaqlar belə vəziyyətlərdə hansı problemlərlə üzləşir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, boşanan ailələrdə uşaq psixologiyası ilə bağlı bir çox məqamlar olur. Hətta ailədə baş verməkdə olan hadisələrdə, boşanmaya doğru gedən addımlarda gərginlik, təşviş-düşüncə pozuntusu, hətta hallüsinasiyaların yaranmasına qədər gətirib çıxarır.

Psixoloqun sözlərinə görə, hər uşaq fərqli və fərdi düşünə bilər. Uşaq var ki, düşünür ki, valideynləri bu formada yaşamaqdansa, hərə öz həyatını yaşamalıdır.
Uşaqlarda yaranan travmalar Bir ömür boyu davam edir. Uşağın valideynlə duyğu bağları qırılmağa başlayır. Uşaqlar düşünür ki, “valideynləri bizi sevsəydi, yanımızda dalaşmazdı” . 12-13 yaşında uşaqlar artıq öz fikirlərini sərbəst şəkildə bildirirlər. Natamam ailələrdə yaranan problemlər ki, var, bu problemlər natamamlıq kompleksindən panik ataka, panik atakdan isə üzvi şəxsiyyət pozuntusuna, üzvi şəxsiyyət pozuntusuna bipolyar pozuntuya və sonunda qorxunc olacaq şizofreniya xəstəliyinə qədər gətirib çıxarır.

Bəzən olur ki, valideynlər ayrılır və qadağalar başlayır. Ana övladını atası ilə görüşməyə icazə vermir. Müəyyən müddətdən sonra ata ilə uşaq arasında duyğu bağları itir. Eyni zamanda bir-birinə toxunuşlar itdikcə, bir müddət sonra gözləri valideyni axtararkən “arxamca gəldi, sanki məni izləyir” düşüncəsilə bir də görürük ki, uşaqda hallüsinasiya pozuntuları başlayıb. Yaranan bu durumlar uşaqlarda gələcəkdə boğazında tıxanma, yeməkdən kəsilmə, düşüncə pozuntuları onları idarə etməyə başlayacaq. İdarə etdikcə, baş verən müəyyən məqamlar var ki, qida borusunda əzələ yığılması xəstəliyinə gətirib çıxara bilər. Əzələ yığılması adi bir stəkan suyun belə, içilməsini həyata keçirə bilmir. Bu zaman cərrahi müdaxilə ilə xəstə bir müddətdən sonra yemək yeməyə, su içməyə başlayır. Görün, hansı məqamlara gətirib çıxarır ki, hətta onkologiyada əməliyyata belə salırlar ki, boğazda şiş yaranıb. Bunların hamısı valideynlərin yaratdığı stressdən qaynaqlanır.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 İyun 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri