Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Boşanmalar alimentə görədir?” Deputat və psixoloqdan açıqlama

“Boşanmalar alimentə görədir?” Deputat və psixoloqdan açıqlama

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar Azərbaycanda boşanma mövzusu yenidən gündəmə gəlib. Ailə institutunda müşahidə olunan bu tendensiya cəmiyyətdə ciddi narahatlıq doğurur. Məsələ Milli Məclisin deputatı Fazil Mustafanın səsləndirdiyi fikirlərdən sonra daha da müzakirə olunmağa başlayıb. Deputat bildirib ki, bəzi hallarda qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gəldikdən sonra aliment almaq üçün boşanmağa üstünlük verirlər. Onun sözlərinə görə, Azərbaycanda nikah və boşanmaların vəziyyəti ürəkaçan deyil. Fazil Mustafa qeyd edib ki, 2025-ci ilin ilk 9 ayı ərzində qeydə alınmış 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Deputatın sözlərinə görə, Bakıda vəziyyət daha da narahatedicidir -son 9 ayda paytaxtda qeydə alınan nikahların təxminən 56 faizi boşanma ilə yekunlaşıb. O hesab edir ki, bu statistika ailə institutunun qarşılaşdığı ciddi problemlərdən xəbər verir. 

Milli Məclisin Deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında deyib ki, boşanmaları alimentə əlaqələndirmək ailə institutunun real problemlərini kölgədə qoyur:

"İctimai müzakirələrdə bəzi xanımların yalnız aliment almaq məqsədilə boşandıqları barədə fikirlər səslənir. Lakin bu arqumentin cəmiyyətin ümumi mənzərəsini əks etdirdiyini demək doğru olmaz. Hər bir cəmiyyətdə istisna hallar mümkündür və fərdi hallarda belə motivlərin olması istisna edilmir. Ancaq bu nümunələri ümumiləşdirərək bütün boşanmaları alimentlə izah etmək reallığa uyğun deyil və ailə institutunun real problemlərini kölgədə qoyur”.

Parlamentari qeyd edib ki, aliment mexanizmi ilk növbədə sosial müdafiə alətidir:

"Aliment mexanizmi ilk növbədə sosial müdafiə alətidir. Bu institut ailə həyatında çətinliklərlə üzləşmiş, zorakılıq görmüş və ya müxtəlif sosial səbəblərlə ailə münasibətlərindən çıxmaq məcburiyyətində qalmış qadınlar və ən əsası uşaqlar üçün müəyyən təminat yaradır. Aliment yalnız qadına deyil, ailədə böyüyən uşağın hüquqlarının qorunmasına xidmət edən hüquqi mexanizmdir.

Boşanmaların səbəbləri isə çoxşaxəlidir: ailədaxili münasibətlər, sosial-iqtisadi problemlər, psixoloji uyğunsuzluq və digər amillər. Ona görə də məsələni yalnız alimentlə əlaqələndirmək düzgün yanaşma sayıla bilməz. Eyni zamanda, alimentin mövcudluğu bəzi qadınlara müəyyən seçim imkanı və güvənlik hissi verir”.

Deputat qeyd edib ki, ailə dağılanda məsuliyyət yalnız bir tərəfin üzərinə qoyulmamalıdır:

"Ailə dağılanda məsuliyyət yalnız bir tərəfin üzərinə qoyulmamalıdır. Bir çox hallarda kişilər boşanmadan sonra həm maddi öhdəliklərini yerinə yetirməyə, həm də övladları ilə münasibətlərini qorumağa çalışırlar. Təəssüf ki, bəzən ataların uşaqlarla ünsiyyət imkanlarının məhdudlaşması da sosial problemə çevrilir.

Bu səbəbdən məsələyə qütbləşdirici deyil, balanslı və ədalətli yanaşmaq vacibdir. Həm kişilərin narahatlıqları nəzərə alınmalı, həm də çətin vəziyyətdə qalan qadınların və uşaqların sosial müdafiəsi təmin edilməlidir. Əsas məqsəd ailə institutunu qorumaq və sağlam münasibətləri təşviq etmək olmalıdır”.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov isə AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məsələ cəmiyyətdə tez-tez müzakirə olunur:

"Bu məsələ cəmiyyətdə tez-tez müzakirə olunur. "Qadınlar aliment almaq üçün boşanırlar” kimi yanaşma daha çox sosial stereotip xarakteri daşıyır və reallığı tam əks etdirmir. Psixoloji və sosial araşdırmalar göstərir ki, boşanma qərarı adətən uzun müddət davam edən münasibət problemlərinin, emosional uzaqlaşmanın, konfliktlərin, etimadın itirilməsinin və ya ailədaxili psixoloji gərginliyin nəticəsində formalaşır. Ailə münasibətləri mürəkkəb psixoloji sistemdir və boşanma qərarı demək olar ki, heç vaxt yalnız bir iqtisadi faktorla izah olunmur. İnsanlar, xüsusilə də qadınlar üçün boşanma çox ciddi sosial və emosional nəticələr yaradan bir qərardır. Bu qərar ailə münasibətlərinin dağılması, sosial mühitin dəyişməsi, uşaqların psixoloji vəziyyəti və gələcək həyat planları ilə bağlı böyük məsuliyyət deməkdir. Belə bir addımı yalnız maddi məqsədlə izah etmək həm psixoloji, həm də sosial baxımdan düzgün yanaşma deyil”.

Psixoloq vurğulayıb ki, aliment ödənişi valideynlərin uşağa qarşı məsuliyyətinin davam etməsini təmin edən hüquqi vasitədir:

"Aliment institutu isə əslində boşanmanı təşviq etmək üçün yox, uşaqların sosial və maddi təminatını qorumaq üçün hüquqi mexanizm kimi yaradılıb. Ailə Məcəlləsinə əsasən aliment ödənişi valideynlərin uşağa qarşı məsuliyyətinin davam etməsini təmin edən hüquqi vasitədir. Bu baxımdan aliment qadın üçün "maddi qazanc” deyil, uşağın həyat şəraitinin qorunmasına yönəlmiş sosial təminatdır. Psixoloji aspektdən baxdıqda boşanma qərarının əsas səbəbləri daha çox münasibətlərin emosional keyfiyyəti ilə bağlı olur. Ailə daxilində uzun müddət davam edən konfliktlər, qarşılıqlı hörmətin azalması, psixoloji zorakılıq, etimadsızlıq və ya münasibətdə emosional tükənmə insanların ayrılma qərarına gəlməsinə səbəb ola bilər”.

E.Rüstəmov deyib ki, bəzi hallarda boşanma son çıxış yolu olur:

"Bir çox hallarda insanlar münasibəti qorumağa çalışsalar da, problemlər dərinləşdikdə boşanma artıq son çıxış yolu kimi qəbul edilir. Cəmiyyətdə bu mövzu ilə bağlı stereotiplərin yaranmasının səbəblərindən biri də sosial mediada və ya ictimai müzakirələrdə bəzi fərdi halların ümumiləşdirilməsi ilə bağlıdır. Halbuki psixoloji təcrübə göstərir ki, hər bir ailənin hekayəsi fərqlidir və boşanma prosesinin arxasında müxtəlif emosional, sosial və psixoloji faktorlar dayanır. Bu səbəbdən mövzuya daha balanslı və obyektiv yanaşmaq vacibdir”.

Ekspert deyib ki, ailə münasibətlərində əsas məsələ maddi faktorlar deyil:

"Ailə münasibətlərində əsas məsələ maddi faktorlar deyil, qarşılıqlı hörmət, emosional yaxınlıq, psixoloji təhlükəsizlik və məsuliyyət hissidir. Sağlam ailə münasibətlərinin qorunması isə həm psixoloji maarifləndirmə, həm də ailə institutunun gücləndirilməsi ilə mümkündür”.

Şahanə Ziyad


Yazı Medianın İnkişafı Agentliyinin "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda dərc edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Mart 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri