Icma.az
close
up
RU
Boşanmaların sayı azalacaq və ailələr daha yaxşı qorunacaq EKSPERT

Boşanmaların sayı azalacaq və ailələr daha yaxşı qorunacaq EKSPERT

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbit olunması məqsədəuyğun haldır


Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbit olunması ilə bağlı təkliflər hazırlayır. Bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.


O bildirib ki, nikahın pozulması üçün Nazirliyə müraciət edən şəxslərə pilot layihə kimi psixoloqa müraciət etmələri tövsiyə olunur: “Nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət edənlərə psixoloq fəaliyyətini tövsiyə edirik. Cütlüklərin 20 faizi psixoloqlarla söhbətdən sonra boşanmaqdan vaz keçirlər”.

Psixoloq Gülər Məmmədovanın sözlərinə görə, əgər cütlüklər boşanmaqla bağlı qərarlarında qətidirlərsə, o zaman burada psixoloq heç nə edə bilməz: “Amma tərəddüdləri varsa, sağlam münasibət qura bilmirlərsə, gərginlik varsa, burada ailə psixoloqu neytral üçüncü şəxs olaraq problemlərin həllində mühüm rol oynaya bilər. Amma ailə psixoloqları ailə qurmuş, ailə dəyərləri barədə təcrübəsi olan biri olmalıdır. Əgər bu, gənc, ailəsi olmayan şəxs olsa, o zaman doğru aydınlanmalar yarada bilməyəcək. Azərbaycanda bu sahənin genişlənməsi və daha çox insan tərəfindən qəbul edilməsi üçün cəmiyyətin psixoloji xidmətlərə olan yanaşmasını dəyişdirmək lazımdır. Azərbaycanda olan ailədaxili problemlər ya məhkəmə zalında, ya da polis bölmələrində barışmaqla həll edilir. Ailə psixoloqları, ailədaxili münasibətlərin yaxşılaşdırılması, gərginliyin azaldılması və ümumilikdə cəmiyyətin psixoloji sağlamlığının artırılması üçün mühüm rola sahibdirlər. Bu peşənin inkişafı, daha sağlam və güclü ailələrin formalaşmasına kömək edəcək və ölkə səviyyəsində sosial rifahı artıracaq”.


Sosioloq Lalə Mehralı isə “Sherg.az”a açıqlamasında qeyd edib ki, nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbit olunması məqsədəuyğun haldır. Onun sözlərinə görə, bu, boşanmaların azalması və ailələrin qorunması istiqamətində aparılan mübarizədə effektiv ola bilər: 

“Əgər bu psixoloqlar Mediasiya Şurasının tərkibində ödənişsiz olaraq fəaliyyət göstərəcəklərsə, təqdirəlayiq hal kimi dəyərləndirilə bilər. Hakimlərin boşamadığı, psixoloqa yönləndirdiyi cütlüklər ödənişli olduğu üçün  psixoloqa müraciət etməkdən imtina edir. Azərbaycanda fəaliyyət göstərən psixoloqların qəbul qiymətləri kifayət qədər yüksək olduğu üçün orta statistik əhalinin bu məbləği ödəməyə imkanı çatmır. Bir seans üçün az qala aylıq əməkhaqqının yarısı qədər məbləğ tələb edilir. Risk qrupuna daxil olan, ziddiyyətli ailələr üçün də o məbləği ödəyib psixoloq yanına getmək inandırıcı görünmür. Əgər bu xidmət icbari sığorta paketinə əlavə edilsə, ya da Mediasiya Şurasının nəzdində ödənişsiz olsa, boşanma mərhələsində olan cütlüklərin bir neçə faizinin yarı yoldan qayıtmasına səbəb  olar. Bəzi ailələrin dağılma səbəbi çox mənasız olur. Tərəflər arasında qarşılıqlı anlaşma olmadığı, bir- birinin narazılıqlarına etinasız yanaşdıqları üçün tək çarəni boşanmada görürlər. Lakin bəzən kiçik bir söhbət böyük bir problemi aradan qaldıra bilir. Bəzi ailələrdə ərlə arvad bir-birini dinləmir. Hər ikisi özünü haqlı sayır. Əgər peşəkar dəstək alsalar, onlar bir-birinin əyər-əskiyini görə, onu aradan qaldırmaq üçün addım ata bilərlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Mart 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri