Icma.az
close
up
RU
Boşanmamış sevgilisi ilə əl ələ görüntüləndi, mübahisə düşdü Fotolar

Boşanmamış sevgilisi ilə əl ələ görüntüləndi, mübahisə düşdü Fotolar

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Keçmiş model Güzide Duran 16 illik həyat yoldaşı Adnan Aksoydan boşanma ərəfəsində yeni sevgilisi ilə görüntülənib.

Axşam.az xəbər verir ki, model “Beşiktaş”ın sabiq prezidenti Fikret Ormanla münasibətdədir. Cütlük əl-ələ gəzərkən görüntüləniblər.

Bunun ardınca Güzidenin əri Adnan sərt açıqlama yayıb:

"Heç bir əxlaqlı və vicdanlı insan bu görüntüləri qəbul etməz! Çünki boşanma işi davam edir və təəssüf ki, bu şəxs hələ də soyadımı daşıyır. Evliliyə olan hörməti bir yerə qoyun, bu həyat tərzi və ehtiyatsızlıq onun qoyub getdiyi uşaqlarına xəyanətin ən kiçik formasıdır. Veriliş-veriliş gəzib “yaxşı ana və yaxşı həyat yoldaşı” olduğunu vurğulasa da, indi onun bu həyat tərzini necə maskalandığını ortaya qoyur. Təəssüf ki, bu adamın seçimləri nəticəsində ilk növbədə uşaqlar və mən layiq olmadığımız bir prosesdən keçmək məcburiyyətində qaldıq. Hər kəsi öz vicdanı ilə baş-başa buraxıram".

Model ünvanına səsləndirilən tənqidlərdən sonra açıqlama verib:

"Kədər yaşayıram. Bir-birindən heç bir maddi tələbi olmadığı halda mübahisəli boşanma davasının olmasından əziyyət çəkirəm. Mənim üçün yalnız kağız üzərində qalan və bir an əvvəl bitməsini arzuladığım bir prosessdir. Bundan qurtula biləcəyim günləri səbirsizliklə gözləyirəm. Övladlarımla sağlam gələcək istəyirəm.

Həyat davam edir. İndi həyatımda yeni başlanğıclara şans vermək və xoşbəxt olmaq istəyirəm. Bu şansı tapdığım üçün çox şadam. Məni başa düşdüyün və qucaqladığım üçün minnətdaram".

Qeyd edək ki, Güzide Duran 2008-ci ildə iş adamı Adnan Aksoyla ailə həyatı qurub. Onların iki övladı var. Ayrılıq xəbərlərindən sonra Güzidenin "Qalatasaray"ın texniki direktoru Okan Burukla münasibətdə olduğu iddia edilib. Model isə onunla dost olduqlarını açıqlayıb. 

Buruk da açıqlamasında "Güzidə ilə köhnə dostuq. Bu söz-söhbətlər tamamilə yalandır" deyib.

Bundan başqa, model əri tərəfindən psixoloji və fiziki zorakılığa məruz qaldığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://axsam.az
archiveBu xəbər 02 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri