Boşanmanın ən çox və ən az olduğu rayonlar RƏSMİ STATİSTİKA
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son illər Azərbaycanda boşanma hallarının artması cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Ailə institutunun möhkəmləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, boşanma ilə bağlı statistika ailə münasibətlərində problemlərin hələ də ciddi olduğunu göstərir.
Bizim.Media mövzu ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb.
Komitədən verilən məlumata görə, 2025-ci ilin yanvar - iyun aylarında boşanmaların ən az qeydə alındığı iqtisadi rayon Lənkəran-Astara olub. Burada boşanma göstəricisi hər 1000 nəfərə cəmi 1,4 təşkil edib.
Ən çox boşanmalar isə Gəncə - Daşkəsən iqtisadi rayonunda qeydə alınıb -2,4.
Bakı şəhərində bu göstərici 2,7 olub ki, paytaxt üzrə rəqəmlər ölkə ortalamasından xeyli yuxarıdır.
Aygün Hüseyn, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 30 Sentyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















