Boşanmaq istəyən arvadının qulağını kəsib evini yandırdı
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Rusiyanın Sverdlovks vilayətində kişi boşanmaq istəyən arvadının qulağını kəsib və evini yandırıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tavda şəhərində baş verib. İki illik evliliyindən sonra Yana boşanmaq üçün ərizə verib, Maksim isə onu döyərək fikrindən daşındırmağa çalışıb. Qadın hüquq-mühafizə orqanlarına şikayət etsə də, əri tezliklə sərbəst buraxılıb.
Məlumata görə, kişi qisas almaq üçün arvadının qulağının bir hissəsini qoparıb. O, balta ilə arvadını və uşaqları doğrayacağı ilə hədələyib. Sonda Yananın bir neçə il əvvəl tikdiyi evi yandırıb.
Polisə müraciət edən qadına başqa şəhərə köçmək tövsiyə edilib.

Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi
04 Aprel 2025 21:02
Bilgəhdə boşanmaq istəyən yoldaşının qulağını kəsən şəxs saxlanılıb
05 Aprel 2025 17:29
Arvadının xəstəliyini öyrəndi, boşanmaq istədi
22 Noyabr 2024 17:54
Sumqayıtda boşanmaq istəyən tibb bacısı öldürüldü
14 Fevral 2025 01:18
Mediasiya neçə boşanmaq istəyən ailəni BARIŞDIRIB?
02 Aprel 2025 11:54

