Icma.az
close
up
RU
Boşanmaq, olmaz öldürmək, yoxsa boşanmaq olmaz, öldürmək?

Boşanmaq, olmaz öldürmək, yoxsa boşanmaq olmaz, öldürmək?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kubra Məhərrəmova yazır...

Bəzən mənə elə gəlir ki, insanlar elə bir-birini qırıb bitirəcək. Dünən Yasamalda iki cavan bir-birini güllələyib, ikisi də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Axşama tərəf isə xəbər çıxdı ki, bir nəfər Monteneqrodan gəlib arvadını bıçaqlayıb, sonra özünü ağacdan asıb.

Hər gün avtomobil qəzalarında bir neçə nəfər ölür. Elə bil gündəlik öhdəlikdir, olmazsa, olmaz.

Üstəgəl hər gün kişilər arasında (gənc, cavan fərq eləmir) bıçaqlanma hadisəsi baş verir.

Hamı da bir ağızdan deyir ki, "qəzavü-qədər". Yəni adamdı da, ölüb. Biri çox, biri az, heç nə dəyişmir. Hadisə şahidlərinin danışığı isə o qədər axıcı və təmkinli olur ki, elə bilirsən film çəkirlər.

İfadələr isə təqribən belə səslənir: "heç nə, işdə idim, zəng elədilər, gəldim gördüm vurub..."

"Gəldim gördüm vurub" ifadəsini ehtiva edən hadisələr artıq bütün şəhər və kəndlərdə, bütün yaş qruplarında var. Kafelərdə, evlərdə, bazarlarda. Yəni istənilən yerdə bu hadisəyə şahid olmaq mümkündür.

İndi gələk bu ər-arvadların, bəzən də keçmiş ər-arvadların bir-birini bıçaqlamasına.

Dövlət statistika komitəsi deyir ki, əvvəlki dövrlərlə müqayisədə boşanmaların sayı çoxalıb.

Amma nəzərə alaq ki, boşana bilməyən minlərlə "ailə" var. Onlar məcburi ailə quruluşu içərisində cəmiyyətə özlərini "ailə" kimi sırıyır, içəridə isə bir-birini yeyirlər.

Təəssüf ki, gec ya tez bu qəbildən olan "ailə" lərin də sonu qətl ilə bitir.

Statistika da deyir ki, öldürülən tərəf qadınlardır.

Hər gün bir qadın əri (keçmiş əri, atası, qardaşı, qayınatası, qaynı, oğulu) tərəfindən qətlə yetirilir. Bütün epizodlar da namus üstündə. Rəqəmlər durmadan artır.

Artıq bu qətlləri sosial təbəqə ilə də şərtləndirə bilmirik. Çünki varlı-hallı, təhsilli, karyerası olan ailələrdə də kişilər arvadlarını eyvandan aşağı tullayır, həkim-cərrah qadının əri onu "qısqanclıq" zəminində qətlə yetirir.

Maraqlıdır ki, boşanmaların sayı hər nə qədər artsa da, qətllərin sayı azalmır.

Çünki çox zaman boşanan ər, arvadını öldürməyənə qədər əl çəkmir. Sanki Azərbaycanda ailə modelinin forması budur. Mütləq sonluq ər arvadı vurub öldürməlidir. Toyda səslənən "Vağzalı" kimi.

Həbslər, cəzalar da kar eləmir. Görünür bizim toplum üçün hələ 500 il zaman lazımdır ki, insanlar anlasınlar ki, adam öldürmək olmaz, bu, vəhşilikdir.

Amma orta statistik azərbaycanlı kişinin eqosu çox yüksəkdir. O düşünür ki, əgər bir qadın onunla yaşamaq istəmirsə, o qadın məhvə məhkumdur. Ya olum, ya ölüm!

Orta statistik azərbaycanlı kişisi düşünür ki, əgər bir qadın onunla yaşamaq istəmirsə, deməli başqa kişi var. Lakin ağlının ucundan belə keçirmir ki, səbəb elə özüdür. Qadın məhz ondan canını qurtarmaq istəyir.

Azərbaycanda hər üç ailənin ikisində zorakılıq var. Həm fiziki, həm də psixoloji.

Bu hallar isə hər il daha da çoxalır.

Elə dünən baş verən hadisə. Əri tərəfindən qətlə yetirilən 29 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə deyir ki, "onlar küsülü idilər, bir-biri ilə danışmırdılar. Səbuhi xaricdə idi, gəlib qızımı hədələyib. İnanmazdım ki, belə bir hadisə baş verə bilər".

Qadın başın götürüb qayıdıb atasının evinə. Əri ilə də danışmır. Lakin ər özündə belə bir haqq görür ki, qadını öldürməlidir. Qadını atası evində öldürüb gedir. Hələ bir videoda çəkir, pafoslu cümlələrlə "qəhrəmanlığını" bəzəyir.

Məsələnin ən dəhşətli tərəfi isə odur ki, sosial şəbəkələrdə insanlar yenə də qatilin yanında oldular. İsrarla bildirirlər ki, "bəli, düz edib! Gəzən qadını öldürmək lazımdır!"

Bu isə o deməkdir ki, biz potensial qatillərin cəmiyyətində yaşayırıq. Bir çoxu qan istəyir, qan deyir.

Qadının xəyanət edib-etməməsi isə müzakirə predmeti deyil. Əgər kimsə deyirsə "qadın gəzir, deməli gəzir". Bu məsələni araşdırmaq, dəlil-sübutlara ehtiyac yoxdur. Boşanmaq da seçim deyil. Bir yol var, öldürmək. Özü də bunu teatrallaşdırılmış dərəcədə etmək lazımdır, Otello kimi!

Dünənki hadisə şəxsən mənə bir daha sübut etdi ki, cəmiyyətimiz xəstədir, şizofrendir, manyakdır.

Azərbaycan cəmiyyətində kişilər "TikTok"da məlum şəxslərə "şir" ata bilər, onlayn qumarda hər şeyi uduza bilər, kənarda istədiyi qadınla münasibət yaşaya bilər, xarici ölkələrdə "ikinci ailə" saxlaya bilər (Rusiyada bu hallar artıq normadır), nikahdankənar uşağı ola bilər, "ikinci bahar" yaşaya bilər. Amma bütün bunları görən qadın boşanmaya verərsə, kişi arvadını da öldürə bilər.

Hər dəfə qadın qətllərinə qarşı çıxmaqdansa, cəmiyyətin əksəriyyəti əksini deyir və təbliğ edir. "Qadın xəyanət edibsə, öldürülməlidir!" tezisi hər ötən gün daha çox səslənir. Bu isə o deməkdir ki, qınaq yoxdur. Həbs və cəza da işlək metod deyil.

Azlıqda qalan sağlam düşüncəli insanlar isə çoxluq tərəfindən təhqir olunur, alçaldılır. Yəni, əgər sən cinayətə, qətllərə qarşı danışırsansa, deməli şərəfsizsən.

Bəs bu vəziyyətdən necə çıxmaq olar? Tərbiyə, təhsil, başqa planetlərə köç etmək?

Təəssüf ki, bunların heç biri cəmiyyətdə formalaşmış "namus" fikrini və düşüncəsini dəyişməyəcək. Qadın bütün hallarda günahkardır. Öldürülməlidir, məhv olunmalıdır. Çünki qadın əksəriyyət üçün quldur, cariyədir, kənizdir. İnanmırsınızsa, bir ətrafınıza baxın. Ananıza, nənənizə, bibi-xalalarınıza baxın. Heç onların üzünü gülən gördünüzmü? Bəlkə xoşbəxt gördünüzmü? Sual ritorikdir.

Günüqara keçən toplum üçün əlbəttə bütün saydıqlarımız da norma kimi qəbul olunacaq.

Ancaq balaca işıq ucu da var. Qızlarımızın başqa millətlərdən olan bəylərlə ailə həyatı qurması. Onlar bütün qandalları qıraraq azad insan həyatını qururlar. Qarşılıqlı sevgi və hörmətdən doğan ailə həyatını.

Cəmiyyətimizin isə bu hadisələr xoşuna gəlmir. Sən demə, bu, ailə dəyərlərinə qarşı çıxmaqdır, şiddətlə qınanılır.

Orta statistik azərbaycanlıya görə qız və qadınlarımız zorakılığa baş əyməli, başıqapazlı olub, hansısa cəlladın əlindən ölməlidir. Bu isə əsl ailə dəyəridir, namus və qeyrətlə dolu.

Müasir qızlarımızın əksəriyyəti çox ağıllı və haqlıdırlar. Mənəvi həbsxana olan cəmiyyətdən qurtulmaq onların ən təbii haqlarıdır.

Həyata bir dəfə gəlirik və bir dəfə yaşayırıq. Anamız bizi ikinci dəfə dünyaya gətirməyəcək. Dünyanın əsas məqsədi də "ərə getmək" deyil. İnanın ki, dünyada gəziləsi-görüləsi çox ölkə və mədəniyyətlər var. Təki "ərə gedim" deyərək hansısa "namus" manyakının əlində ölmək lazım deyil. Nədir-nədir iki qonşu, üç qohum deyəcək ki, "filankəsin qızı da ərə getdi".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see168

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see151

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see148

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see136

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see134

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see133

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see126

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see125

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see125

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see123

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see121

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see119

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see118

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see118

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri