Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? MÜQAVİLƏNİN ŞƏRTLƏRİ

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? MÜQAVİLƏNİN ŞƏRTLƏRİ

Icma.az, Shownews portalına istinadən məlumat yayır.

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə həyat yoldaşı Corcina Rodrigesin imzaladığı nikah müqaviləsinin detalları açıqlanıb.

Axşam.az xəbər verir ki, müqavilə avqustun 10-da, cütlük evlənmədən cəmi 24 saat əvvəl Lissabondakı notarius ofisində imzalanıb.

Portuqaliya mətbuatının, daha sonra isə "MARCA"nın yaydığı məlumatlara görə, müqaviləyə əsasən, Madriddə milyonlarla avro dəyərində olan daşınmaz əmlakın Corcinaya veriləcəyi iddia olunur. Bundan başqa, boşanacaqları təqdirdə Ronaldonun xanımına ömürlük hər ay 100 min avro aliment ödəyəcəyi bildirilir. Bu şərtin cütlüyün qızı Alana Martinanın dünyaya gəlməsindən sonra müəyyənləşdirildiyi bildirilir. Məqsədin Corcinanın və cütlüyün övladlarının maddi təhlükəsizliyini təmin etmək olduğu qeyd edilir.

Müqavilənin digər şərti isə Madridin dəbdəbəli "La Finca" yaşayış kompleksində yerləşən ailə evinə aiddir. Bildirilir ki, münasibət başa çatarsa, Corcina Ronaldonun malikanəsinin mülkiyyətini özündə saxlayacaq. Sözügedən evin dəyərinin təxminən 6,8 milyon dollar olduğu bildirilib.

Məlumata görə, tərəflər bir-birinin şəxsi sərvətinə hüquq iddia edə bilməz. Eyni məlumatda Ronaldonun sərvətinin təxminən 1,2 milyard dollar, Corcinanınkının isə 10 milyon dollar olduğu qeyd edilib.

Portuqaliyalı ulduzun bu ilin əvvəlində təxminən 1,4 milyard dollar sərvətə sahib olduğu açıqlanıb. Onun var-dövləti futbol gəlirləri, bizneslər, daşınmaz əmlak və lüks aktivlər arasında bölünüb.

Ronaldonun kommersiya maraqları arasında hotellər, fitnes zalları, padel klubu, geyim markası və film studiyası var. Bundan başqa, onun təxminən 30,5 milyon dollar dəyərində avtomobil kolleksiyasına, 82 milyon dollardan çox dəyəri olan lüks daşınmaz əmlaka, həmçinin şəxsi təyyarə və yaxtaya sahib olduğu bəllidir.

“Əl-Nəsr” klubundan əldə etdiyi gəlirlər də onun əsas qazanc mənbələrindən biridir. "The Sun" qəzetinin məlumatına görə, Ronaldonun gündəlik maaşı təxminən 666 min dollar təşkil edir.

Corcina isə modellik və sosial media sahələrində öz kommersiya karyerasını qurub. Onun “I Am Georgina” adlı "Netflix" serialı isə Ronaldonun şəxsi həyatından bəhs edir.

Nikah müqaviləsi hər iki tərəfin maliyyə müstəqilliyini qorumasına imkan verir və münasibətlərin sona çatacağı təqdirdə Corcinanın əldə edəcəyi maddi təminatı müəyyənləşdirir.

Qeyd edək ki, bu məlumatların nikah müqaviləsinin rəsmi sənədi ilə təsdiqlənib-təsdiqlənmədiyi barədə məlumat yoxdur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://shownews.az
archiveBu xəbər 21 Avqust 2026 04:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri