Icma.az
close
up
RU
Bosniya və Herseqovinada iftar süfrəsi

Bosniya və Herseqovinada iftar süfrəsi

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Martın 8-ində Bosniya və Herseqovinanın (BvH) Breza şəhərində bu ölkədə fəaliyyət göstərən Dostluq Körpüsü Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Səfirliyinin maliyyə dəstəyi ilə Breza şəhər məscidində 110 nəfərlik iftar süfrəsi təşkil olunub.

525.az xəbər verir ki, iştirakçılar sırasında şəhər sakinləri ilə bir sırada ətraf kəndlərdəki müsəlman icmalarının nümayəndələri də olub.

İftar süfrəsində səfir Vilayət Quliyev, Breza bələdiyyəsinin sədri Vedad Yusiç, Səfirliyin əməkdaşları, şəhər müftiliyinin nümayəndələri, yerli hakimiyyət orqanlarının təmsilçiləri, sıravi vətəndaşlar iştirak edib. Qurani-Kərimdən ayələr və Ramazan duaları oxunub.

Dostluq Körpüsü Assosiasiyasının sədri Yasmin İmamoviç çıxışında Azərbaycan səfirliyinin artıq üçüncü ildir ki, sülh və qardaşlıq ayı olan müqəddəs Ramazan ayında BvH müsəlmanları üçün iftar süfrəsi açdığını qeyd edib. O bildirib ki, Səfirliyin bu təşəbbüsünün mühüm mənəvi dəyəri var. Burada toplanan insanlar Azərbaycanın simasında uzaq BvH-də yaşayan müsəlmanlar üçün dost və qardaş ölkə görür, böyük insani və mənəvi dəstək hiss edirlər.

Səfir Vilayət Quliyev iftar süfrəsinə toplaşanları salayıb. BvH-də xalqımıza göstərilən böyük maraqdan, həqiqi dostluq və qardaşlıq hisslərinin açıq şəkildə ifadə olunmasından məmnunluğunu bildirib. Azərbaycan haqda qısa bilgi verən diplomat islam dünyasının hər yerində olduğu kimi ölkəmizdə də Ramazan bayramının geniş qeyd edildiyini vurğulayıb. BvH-nin yalnız dini mənsubiyyət deyil, tarix və tale baxımından da Azərbaycana yaxın ölkə, strateji tərəfdar olduğunu xüsusi qeyd edən səfir müqəddəs Ramazan bayramı günlərində sadə bosniyalılarla bir yerdə, eyni bayram süfrəsi ətrafında olmaqdan böyük məmnunluq duyduğunu diqqətə çatdırıb və bir daha iştirakçlıları bayram münasibətilə təbrik edib.

Azərbaycan Səfirliyinin təşəbbüsü şəhər müftiliyi, yerli hakimiyyət qurumları, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib və minnətdarlıq ifadə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri