Bosniyalı hücumçu bütün stadion üçün pivə alacağına söz verib
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Bosniya və Herseqovina milli komandasının və Almaniyanın “Ştutqart” klubunun hücumçusu Ermedin Demiroviç, 2026-cı il dünya çempionatına vəsiqə qazanacaqları təqdirdə, klubunun stadionu olan "Ştutqart Arena"da hər bir tamaşaçıya pivə alacağına söz verib.
İdman.Biz bildirir ki, komandanın son seçmə oyununda İtaliya üzərində 1:1 (penaltilərdə 4:1) qələbəsindən sonra hücumçu qərarını təsdiqləyib.
“Sky Sport News” Demiroviçin sözlərini sitat gətirib: “Hər kəsə pivə alacağam. Həmişə sözümə əməl edirəm. Bu, mənə baha başa gələcək, amma bunu məmnuniyyətlə edəcəyəm”.
“Ştutqart Arena”nın tutumu 60.469 nəfərdir.
Dünya çempionatında Bosniya və Herseqovina B qrupunda Kanada, Qətər və İsveçrə ilə oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 02 Aprel 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















