Bosniyalı məşqçi: Raket zərbələri, orada burada sığınacaq bu, darıxmağa qoymur
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Şaxtyor”un baş məşqçisi Marino Puşiç müharibə gedən Ukraynada çalışmağın çətinliklərindən danışıb.
İdman.biz xəbər verir ki, 53 yaşlı bosniyalı mütəxəssis növbəti mövsüm üçün də müqaviləsinin olmasına baxmayaraq, Donetsk təmsilçisindən ayrılacağını istisna etməyib.
Puşiç Ukraynada qalmaq ehtimalının 50-50-yə olduğunu bildirib: "Təbii ki, müqaviləm hələ də qüvvədədir və çox yaxşı klubda çalışıram, amma bu iki il, həqiqətən, çətin keçdi. Ukraynada məşqçi olmaq çox gərgin işdir. Biz çox vaxt yolda oluruq. Saatlarla avtobusda yol gedirik. Müharibənin təhlükəsi də həmişə var. Raket zərbələri, orada-burada sığınacaq. Bu, darıxmağa qoymur. Mövsümün sonunda klub rəhbərliyi ilə görüşüb hər şeyi müzakirə edəcəyəm".
Qeyd edək ki, son günlərdə Puşiçin 2023-cü ildən çalışdırdığı "Şaxtyoru"dan ayrılacağı, yerinə isə türkiyəli Arda Turanın gələcəyi ilə bağlı məlumatlar yayılıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 May 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















