Boşu boşuna 11 il xərçəng müalicəsi aldı diaqnozu səhv imiş
Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.
O, 11 il ərzində heç nə üçün xərçəng müalicəsi aldı və sonda sadəcə "bağışlayın" eşitdi.
Medicina.az xəbər verir ki, 21 yaşlı Beki Consa ölümcül beyin şişi diaqnozu qoyulan və cəmi bir neçə ay ömrü deyildiyi üçün ağır kimyaterapiya müalicəsinə başlayıb. 11 il kimya və şüa terapiyası alan qız uzun və yorğun prosesdə şiddətli ürəkbulanma, ağız yaraları, xroniki yorğunluq və sosial təcridlə mübarizə apardı, karyerasını, sağlamlığını və ailə həyatını alt-üst etdi.
Son tibbi müayinələrdə isə Consda əslində xərçəng deyil, beyin toxumasında müalicə edilə bilən bir iltihabi toxuma növü olduğu məlum oldu.
Beləliklə, 11 ildir boşuna özünə əziyyət verdiyini eşidəndə xəstənin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmayıb.
Xəstəxanada səhv diaqnoz və ya qüsurlu müalicə proseslərindən əziyyət çəkdiklərini bildirən 40-dan çox xəstə və onların qohumları kollektiv məhkəmə prosesi başlatdılar. Xəstəxana rəhbərliyi hadisə ilə bağlı dərin təəssüfünü bildirib və monitorinq, hesabat və xəstə təhlükəsizliyi sistemlərini tamamilə yenidən quracağına söz verib.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 21 Sentyabr 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















