Icma.az
close
up
RU
Boykot baş tutmadı: Taksi sürücüləri nələr tələb edir? AÇIQLAMA

Boykot baş tutmadı: Taksi sürücüləri nələr tələb edir? AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Taksi sürücülərinin bir qisminin təşkil etdiyi boykot kampaniyası bu gün baş tutmadı. Məlum olduğu kimi çoxluq kampaniyaya qoşulmadı. Bu gün taksilərin sayında azalma və kəskin bahalaşma müşahidə etmirəm".
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. 

Ekspert bildirib ki, taksi sürücülərinin etdiyi tələblərin bir qismi isə mərhələli şəkildə həll oluna biləcək məsələlərdir:
"Onlar taksi dayanacaqlarının təşkil olunmasını tələb edirlər. Onsuz da həm müvəqqəti, həm də bir neçə saatlıq dayanacaqlar təşkil olunur. Sadəcə Bakı şəhərində taksi dayanacağı üçün yer təşkil etmək elə də asan iş deyil. Avtobus zolaqlarına taksilərin daxil olması ilə bağlı təkliflərimiz olsa da, nəzarət mexanizmini hazır edə bilməmişik. Zolaqların ictimai nəqliyyatın avtobus seqmenti üçün olması səbəbindən taksilərə icazə verilməsinin digər maşınlar tərəfindən sui-istifadə halları yaradıb-yaratmayacağı sualı yaranır". 
Onun sözlərinə görə qiymətlər tələbata əsasən dəyişir:
"Vətəndaşlar indiki qiymətlərdən razıdırlar. Taksi sürücüləri ilə söhbətdən məlum olur ki, onların əsas istəyi maddi rifahlarının yüksəlməsi ilə bağlıdır. 
Təəssüf ki, bu gün xarici taksi şirkətləri bizim sürücüləri və vətəndaşlarımızı istismar edirlər. Müxtəlif şirnikləşdirici kampaniyalar ilə insanları 14-16 saat işləməyə məcbur edirlər. Bununla Əmək Müfəttişliyi ciddi şəkildə məşğul olmalıdır. Sürücülərin qazandığı nağdsız ödənişləri şirkətlər vaxtında sürücüyə qaytarmır. Vaxtında ödəniş olunmadığı üçün sürücülər kartla ödəniş edən müştərilərdən imtina edir, sərnişinlə sürücü arasında problemlər yaranır. Bu məsələ ilə Vergi Xidməti məşğul olmalıdır. 
Xarici taksi şirkətləri bizim vətəndaşlarımız olan sürücülərdən 25 faiz komissiya alırlar. Bu da olduqca böyük məbləğdir. Bu üç əsas məsələ üzərində işlər aparılsa, yaxşı olar. 
Xatırladaq ki, bir neçə gün öncə bir qrup taksi sürücüsünün aprel ayının 2-də boykot kampaniyası keçirəcəyi ilə bağlı xəbərlər yayılmışdı. 
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri