Icma.az
close
up
RU
Böyrək çatışmazlığı zamanı hemodializ

Böyrək çatışmazlığı zamanı hemodializ

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Sağlam böyrəklər orqanizmdə filtr funksiyasını həyata keçirir.

Böyrəklərin əsas vəzifəsi qanı bir sıra zərərli maddələrdən təmizləməkdir. Onlar gün ərzində bizim qanımızı dəfələrlə (1 dəqiqədə təxminən 1 litr olmaqla) öz “süzgəclərindən” keçirərək onun tərkibində olan parçalanma məhsullarını, toksinləri, şlakları, öldürülmüş və ya tam öldürülməmiş mikrobları təmizləyirlər.

Lakin bəzən böyrəklər xəstəlikləri və ya patologiyaları səbəbindən onların funksiyası pozulur və böyrəklər qanı yaxşı təmizləyə bilmir. Nəticədə orqanizmdə ziyanlı maddələrin konsentrasiyası təhlükəli səviyyəyə qalxır. Bu vəziyyət "böyrək çatışmazlığı" adlandırılır. Böyrək çatışmazlığı ona səbəb olan xəstəlikdən asılı olaraq kəskin və ya xroniki ola bilər. Əgər bu vəziyyətdə lazım olan müalicə tədbirləri görülməzsə, insan həlak ola bilər.

Həm kəskin, həm də xroniki böyrək çatışmazlığı zamanı ən geniş istifadə olunan müalicə metodlardan biri hemodializdir. Bu termin iki yunan sözdən əmələ gəlib - "haemo" (qan) və "dialisis" (ayırma). Hemodializ - xüsusi "süni böyrək" apparatın köməyi ilə qanın effektli şəkildə təmizlənməsidir. Hemodializ zamanı xəstənin qanı bütün burada yığılan toksiki maddələrdən, duzlardan, artıq mayedən azad olur.

Prosedura zamanı "süni böyrək" apparatı xəstənin ayağında və ya qolunda olan damarına birləşdirilir. Daha sonra qan hissə-hissə xüsusi borucuqlar vasitəsilə dializatora daxil olur, burada toksiki maddələrdən təmizlənir və sonra digər borucuqlarla orqanizmə qaytarılır.

Prosedura xəstəxana şəraitində həyata keçirilir və xəstənin vəziyyətindən, çəkisindən, hemodializ apparatın növündən asılı olaraq 4-5 saata kimi davam edir.

Bəzi böyrək xəstəlikləri nəticəsində insanın böyrəkləri öz funksiyasının tam itirir, və bu halda insan ömrünün sonuna kimi hemodializdən asılı olur.

Xroniki böyrək çatışmazlığı olan insanlarda bu prosedura bir çox hallarda həftədə 3-4  dəfə həyata keçirilir. Prosedura zamanı xəstə daim tibbi heyətin nəzarəti altında qalır. Xəstənin vəziyyətində hər hansı pozulma inkişaf etdikdə, tibbi personal ona lazım olan yardım edir. Prosedura zamanı xəstə yata, danışa, kitab oxuya, televizor baxa bilər.

Daim hemodializdən keçən xəstə müəyyən pəhriz saxlamalı (bunu həkim təyin edir) və mayenin qəbulunu minimuma çatdırmalıdır.

Böyrək çatışmazlığından əlavə, hemodializ bu kimi hallarda istifadə oluna bilər:

- spirtlə güclü intoksikasiya zamanı,

- qanın elektrolit tərkibinin ciddi pozulmaları zamanı,

- dərman preparatların həddən artıq miqdarda qəbul etməsi zamanı,

- zəhərləmələr zamanı və s.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri