Icma.az
close
up
RU
Böyrəyində daş olanların NƏZƏRİNƏ: Hər gün bu qədər su içməsəniz...

Böyrəyində daş olanların NƏZƏRİNƏ: Hər gün bu qədər su içməsəniz...

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Kifayət qədər maye qəbul etmək böyrək daşı xəstəliyinin profilaktikası üçün en effekti üsullardan biridir. Orqanizmin lazımi səviyyədə maye ilə təmin olunması yetərli miqdarda sidik xaric edilməsinə şərait yaradır ki, bu da daşların yaranma riskini əhəmiyyətli dərəcədə azaldır.

Hurriyyet.info  xəbər verir ki, bu barədə dietoloq Emi Braunşteyn "Verywell Health" nəşri üçün hazırladığı məqalədə bildirib.

Mütəxəssisin sözlərinə görə, "Advances in Nutrition" jurnalında dərc olunan araşdırmalar göstərir ki, böyrəklərdə daş əmələ gəlməsinin qarşısını almaq üçün hər gün təxminən 2,5-3 litr maye içmək lazımdır. Bu mayenin böyük hissəsini məhz su təşkil etməlidir. Qeyd olunan həcm təxminən 10,5–12,5 stəkan suya bərabərdir.

Dietoloq vurğulayır ki, "maye" dedikdə su, çay, qəhvə, şirə, bulyon, spirtsiz içkilər və süd nəzərdə tutulsa da, əsas üstünlük suya verilməlidir. Gün ərzində 2,5–3 litr maye qəbul etmək orqanizmə ən azı 2–2,5 litr sidik ifraz etməyə imkan verir.

"The Lancet" jurnalında dərc olunan tədqiqat da təsdiqləyir ki, bu miqdarda sidik ifrazı daş riskini kəskin şəkildə azaldır.

"Orqanizmdən xaric edilən mayedən daha çox su qəbul etmək vacibdir. Çünki maye qəbulu ilə sidik ifrazı eyni deyil, bu göstərici havanın temperaturundan, fiziki aktivlikdən və tər vasitəsilə itirilən mayedən asılıdır", – deyə ekspert qeyd edib.

Böyrək daşı nədir və necə yaranır?

Dietoloq bildirib ki, böyrək daşları kiçik kristallardan ibarət bərk, sıx kütlələrdir. Onlar böyrəklərdə və ya sidik axarında əmələ gələ bilər. Şəxsdə eyni vaxtda bir və ya bir neçə daş müşahidə oluna bilər.

Məqalədə qeyd olunur ki, böyrək daşlarının bir neçə növü var və onların yaranma səbəbləri növlərinə görə dəyişir. Kalsium və ya oksalat daşları sidikdə bu mineralların həddindən artıq olması zamanı meydana gəlir. Minerallar bir-birilə birləşərək kristalları, onlar isə bir neçə həftə və ya ay ərzində tədricən daşları formalaşdırır.

Su qəbulunun əhəmiyyəti

Müəllif izah edir ki, yetərli miqdarda su içmək daşların qarşısını almağın ən vacib yoludur. Qəbul edilən mayenin həcmi artdıqca sidiyin miqdarı da artır və daş əmələ gətirən maddələrin qatılığı (konsentrasiyası) azalır. Bunun sayəsində kalsium, oksalat, fosfat və ya sidik turşusu kristallaşacaq həddə çata bilmir.

Əksinə, susuzlaşma (dehidratasiya) sidiyin həcmini azaldaraq onu daha tünd və qatı edir ki, bu da daş riskini yüksəldir.

"Nutrients" jurnalında dərc olunan araşdırmalara görə, sidikdə su az olduqda daş yaradan maddələr daha rahat birləşir.

Böyrək daşlarının profilaktikası üçün digər məsləhətlər:

Sağlam bədən çəkisini saxlayın.

Müntəzəm olaraq fiziki məşqlərlə məşğul olun.

Kalsium qəbulunda normanı gözləyin.

Natrium (duz) qəbulunu gündə 2300 millqramdan aşağı məhdudlaşdırın.

Oksalat daşlarının riskini azaltmaq üçün oksalat tərkibli qidaları azaldın.

Kalsium daşlarının təkrar olunmaması üçün heyvan mənşəli zülalların qəbulunu məhdudlaşdırın.

Gün ərzində su qəbulunu necə artırmaq olar?

Günə bir stəkan su ilə başlayın.

Suyunuzu göz önündə - masanızda saxlayın və ya yanınızda təkrar istifadə oluna bilən su qabı gəzdirin.

Yeməklə birlikdə su için.
Suya təbii dad vermək üçün ona meyvə, göyərti və ya bir qədər təbii şirə əlavə edin.

Gün ərzində suyu az-az, kiçik qurtumlarla için.

Tərkibində bol su olan qidalara (qarpız, yemiş, xiyar, salat yarpaqları) üstünlük verin.

Su içməyi unutmamaq üçün telefonunuzda xatırlatma təyin edin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 İyul 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri