Icma.az
close
up
RU
Böyrəyini satışa çıxaran müğənni ilə bağlı VACİB AÇIQLAMA

Böyrəyini satışa çıxaran müğənni ilə bağlı VACİB AÇIQLAMA

Icma.az, Tribuna saytına istinadən bildirir.

Müğənni Elnarə Vahidova son açıqlamasında efirlərə dəvət olunmamasından, televiziya verilişlərinin yüksək ödənişlərindən və sosial şəbəkələrdə gördüyü uğurlara baxmayaraq diqqətdən kənarda qalmasından şikayət edib.

Vahidova bildirib ki, Bakıdakı aparıcıların çoxuna müraciət edib və efir rəhbərlərinə üz tutub:

“Efirlərə çıxmaq istəyirəm, amma qiymətlər çox bahadır, gücüm çatmır. Pul həyatda yaşamaq üçün vacibdir. Amma mərhəmət də yaxşı bir hissdir.”

O, xüsusilə aşağıdakı aparıcıların adlarını çəkib: Zaur Kamal, Zaur Nəbioğlu, Mikayıl, Elgiz, İbrahim bəy, İlqar bəy, Yalçın bəy, Tarix bəy, Xoşqədəm xanım, Aytəkin xanım, Zümrüd xanım, Vüsalə xanım və Mətanət xanımın efir ödənişləri həddən artıq bahadır.

Müğənni efir ödənişlərinin yüksəkliyini real nümunələrlə bildirib, onun sözlərinə görə, Zaur Kamalın verilişi 1 600 manat, Zaur Nəbioğlu 1 500 manat, İbrahim bəy 700 manat tələb edir. Vahidova qeyd edib ki, özü ayda bir dəfə toyla dolanır və həmin məbləğləri ödəməyə maddi imkanı yoxdur.

Sosial mediada dinləyici rəğbətinə diqqət çəkən müğənni iddia edib ki, onun YouTube, TikTok və digər sosial şəbəkələrdə yayılan ifaları qısa müddətdə böyük baxış sayı toplayır:“Sosial şəbəkələrdə 24 saat ərzində mənim oxuduğum mahnı bir milyon izlənilir. Bunu niyə görmürsüz?”

Vahidova şəxsi həyatına və sənətə dair sərt münasibətini də bölüşüb: 24 yaşından tək yaşadığını, estetik müdaxilələrə məcbur edilmədiyini və sənətini olduğu kimi təqdim etmək istədiyini vurğulayıb. O, həmçinin həyatını riskə atıb böyrəyini satmağa hazır olduğunu elan edib və Müşviqabadda yaşadığını bildirib:

“Mənim qan qrupum (2+)dur. Elə adam varsa, mənə yazsın, donor olmağa hazıram.”

Bu iddia və çağırışlarla bağlı KONKRET.az hüquqi şərh almaq üçün hüquqşünas Tağı Hüseynov ilə əlaqə saxlayıb. Hüseynov qeyd edib ki, Azərbaycanda insan orqanlarının alqı-satqısı qadağandır və belə halların təşviqi cinayət məsuliyyəti yarada bilər. O, bildirib ki, real alqı-satqı aşkarlandıqda məsuliyyət tətbiq olunacaq, qanunsuz elan və reklam hallarında isə inzibati tənbeh tətbiq edilə biləcəyini əlavə edib.

“Əgər real alqı-satqısı yoxdursa, cinayət məsuliyyəti yaranmaya bilər, amma etik və qanuni baxımdan bu, düzgün deyil.”

Mövzuya dair Vahidovanın efir aparıcılarına ünvanladığı müraciətdə ayrıca tələb və narahatlıqlar yer alıb: daha ədalətli dəvətlər, sosial şəbəkə uğurlarının nəzərə alınması və aparıcıların bəzi mövzularda izləyici trendini formalaşdırdığını vurğulayıb. O, izləyicilərdən dəstək istəyərək sosial şəbəkələrdə bu mövzunu trend etməyi xahiş edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri