Icma.az
close
up
RU
Böyük ana alim qadın şəfqətli xanım!

Böyük ana alim qadın şəfqətli xanım!

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xeyirxah insanlar haqqında belə deyirlər ki, xoşbəxt ulduz altında dünyaya göz açıb. O ulduz ki, Tanrının taleyinə yazdığı ömür yolunu elə həmin ulduzun şəfəqləri ilə işıqlandırır, başqalarına da pay verir.
İlin gözəl fəslində, 1923-cü il aprelin 28-də dünyaya gələn, 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşan, gözəl insan, qayğıkeş həkim Zərifə xanım Əliyeva ömür salnaməsinə gözəl əməllərdən başqa heç nə yazılmayan şəfqətli əllər sahibi olmaqla kamil, xeyirxah insan kimi də hamının hörmətini qazananlardan idi. Peyğəmbərimiz buyurub ki, elm sənin məsləhətçin, mülayimlik dostun, əql bələdçin, səbr isə başçın olmalıdır. Bu keyfiyyətləri şəxsiyyətində birləşdirən Zərifə xanım kamillik nümunəsi idi.

İnsanların ən yaxşısı xalqa daha çox fayda verəndir. Bu sözlər sanki tanınmış oftalmoloq Zərifə xanım Əliyeva haqqında deyilib. Həyatının mənasını insanlara səadət, şəfa, ən qiymətli nemət olan sağlamlıq bəxş etməkdə görən Zərifə xanım haqqında danışılanda istər-istəməz çoxlarının ürəyindən keçən bu sözlər yada düşür: “O, ömrünün mənasını xəstələrinə xidmətdə, onların dərdinə şərik olmaqda görürdü. Xəstələrinin simasında ikinci həyatını yaşayan, bilik və bacarığını tibbin ən çətin sahəsində sınayan, əməlləri ilə insanlığın zirvəsinə ucalan şəfqətli xanım ifadəsinin işlədilməsi daha doğrudur.”

Görkəmli italyan rəssamı, alim və filosofu Leonardo da Vinçi deyib ki, elm sərkərdə, praktika isə onun əsgəridir. Kamilliyi, yeniliyə olan marağı ilə elmin sərkərdəlik zirvəsinə çatan akademik Zərifə xanım Əliyevanı bacarıqlı, təcrübəli həkim kimi tanıdan onun nəzəriyyə ilə təcrübəyə eyni dərəcədə dəyər verməsi, paralel olaraq öyrənməsi, elmin “dəyişilməz qayda-qanunlarına, əmrlərinə” əməl edən “hazırlıqlı, nizam-intizamlı əsgər” olması idi. Zərifə xanım bu sahədə də seçilənlərdən olub.

Zərifə xanım tipik Şərq qadını, ailəsini, ocağını qoruyan, cəfakeş həyat yoldaşı, etibarlı dost, övladlarını əsl vətənpərvər kimi yetişdirən və hamıya nümunə olan bir şəxsiyyət idi. O, eyni zamanda, bəşəri dəyərlərə hörmətlə yanaşan, yüksək mədəniyyəti ilə də seçilən ziyalılardan olub.

Ümummilli Liderin həyatından bəhs edən “Heydər Əliyev: Tale yolları” kitabının müəllifi Nikolay Zenkoviç Zərifə xanımın təvazökarlığından, mehribanlığından, yüksək keyfiyyətlərindən, mənəvi zənginliyindən də bəhs edir: “Mən Siyasi Büro üzvlərinin arvadları barədə bioqrafik məlumatları diqqətlə araşdırmışam, müqayisə etmişəm. Hansı nəticəyə gəlmişəm. Aydın olub ki, onlar arasında ən savadlı qadın Siyasi Büro üzvü Heydər Əliyevin xanımı olub. O, hətta Sov. İKP MK baş katibinin arvadı Raisa Maksimovnadan da savadlı idi. Özü də təkcə savadlı yox, Zərifə xanım hərtərəfli bir şəxsiyyət idi. SSRİ siyasi rəhbərlərinin o biri üzvlərinin evdar qadın olan maraqsız arvadlarından fərqli olaraq Heydər Əliyevin həyat yoldaşı dünyada tanınan bir insan idi.”
Zərifə xanımın ictimai işlərdə fəallığını, cəmiyyətdə tutduğu mövqeyi yüksək dəyərləndirən, tanınmışların övladları barədə də münasibətini bildirən müəllif yazır: “Yuxarılarda” əyləşən 229 nəfərin uşaqlarından ən böyük uğur qazananlar 3 nəfərdir. Birinci yerdə Heydər Əliyevin oğlu İlham durur. O, Azərbaycan Respublikasının Prezidentidir. Siyasi Büronun o biri üzvlərinin övladlarından heç biri bu cür böyük uğura nail olmamışlar. Dünyanın aparıcı dövlətlərinin başçıları ONU səmimi qəbul etmişlər, onunla yaxşı, işgüzar münasibətlər qurmuşlar.”

Eyni zamanda bildirilir ki, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, oftalmologiyada yeni müalicə metodlarının banisi Zərifə xanım Siyasi Büro üzvlərinin həyat yoldaşları arasında yüksək intellektə malik yeganə qadın idi.

Həyatda birgə addımlamağı qarşılarına məqsəd qoymaqla ailə quranlara nahaq yerə “ömür-gün” yoldaşı demirlər. Çünki qismətlərinə yazılan ömrü yaşayanlar illərin sınağından birgə çıxdıqları zaman o ailənin təməli möhkəm olur, xoşbəxtliklə davam edir, xoş xatirələrlə zənginləşir. Əliyevlər ailəsinin xeyir-bərəkət simvolu olan, azərbaycanlı qadınına, analara məxsus müqəddəs duyğuları şəxsiyyətində, simasında formalaşdıran Zərifə xanım dünya şöhrətli dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insanın həyat yoldaşı kimi də əsl mənada yol yoldaşı olmuşdu. Zərifə xanımı tanıyanlar onun haqqında xatirələrini bu sözlərlə başlayırlar: “Çox nurlu, sadə, təvazökar bir insan idi.” Ulu öndər Heydər Əliyev kimi xalqına bağlı bir insanın həyat yoldaşı olmaq üçün bu keyfiyyətlər yetərli idi. “Zərifə-Heydər” cütlüyünü biri-birindən ayrı təsəvvür etmək qeyri-mümkün idi. Saf, təmiz, ülvi hisslərlə Vətənə bağlanan, insanlara məhəbbətlərini ailədə formalaşdırdıqları sədaqətləri ilə bildirən belə cütlüklər əbədi yaşam haqqı qazananlardır.
“Tale yolları” müəllif Onların biri-biri üçün dünyaya gəldiklərini təsdiqləyən şahidi olduğu daha bir məqamı xatırladır.

...Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasında tanınmış oftalmoloqun həyat fəaliyyətinə həsr olunmuş müzeyin açılışında iştirak edən ümummilli lider Heydər Əliyevə xatirə kitabında ürək sözlərini yazmasını xahiş etdilər. Ulu Öndər qələmi əlində bir anlığa saxladı, nəzərlərini boş vərəqin üzərində gəzdirdi. Sanki vaxtsız itirdiyi Zərifəsini axtarırdı. Nəhayət, titrək əlləri ilə ürək sözlərini yazdı: “Mənim ömür-gün yoldaşım, mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilmiş guşəni seyr etmək məni dərin hissiyyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Bunların hamısı onun insani keyfiyyətlərinin böyüklüyünə, böyük elmi və həkimlik xidmətinə layiqli abidədir.” Bu sözlər müdrik, böyük şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşına sədaqət nümunəsi, vəfa borcu idi.
Azərbaycanın milli dövlətçilik tarixinin hünərvər müəllifi Heydər Əliyevin ömrünün sultanı, Vətənimizin, xalqımızın əziz, dəyərli övladı və rəhbəri, dövlətimizi uğurla dünya birliyinə çıxardan möhtərəm Prezidentimizin əziz anası, gözlərə nur paylamış, nurdan yoğrulmuş bir ana, alim, şəxsiyyət, Azərbaycan qadınlığının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi... Bütün həyatı, ailəsi, fəaliyyəti örnək, məktəb, nümunə olan İnsana Tanrıdan rəhmət diləyirəm.

Elnur Tağıyev
YAP İmişli rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri