Icma.az
close
up
RU
Böyük Azərbaycan şairi Əhməd Cavadın ölümündən 88 il ötür

Böyük Azərbaycan şairi Əhməd Cavadın ölümündən 88 il ötür

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim, Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın anım günüdür.


Missiya.Az xatırladır ki, Əhməd Cavad (tam adı Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə) 5 may 1892-ci ildə Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub, gənc yaşlarından ədəbiyyata və milli düşüncəyə bağlı bir şəxsiyyət kimi tanınmışdır. Onun yaradıcılığı əsasən vətənə məhəbbət, azadlıq, millət ruhu və insanlıq ideyaları üzərində qurulmuşdur.

O "Çırpınırdın, Qara dəniz", "Azərbaycan", "Bismillah", "Göy-Göl" kimi məşhur şeirlərin müəllifidir. Bu əsərlər onun milli romantik poeziyasının ən parlaq nümunələrindəndir və həm Azərbaycan, həm də türk dünyasında dərin iz buraxıb. Lakin sovet repressiyası illəri onun həyatını amansız şəkildə yarımçıq qoydu. 1937-ci ilin qanlı repressiyaları zamanı Əhməd Cavad "xalq düşməni" damğası ilə həbs olundu. Ona qarşı saxta ittihamlar irəli sürüldü, milli düşüncəsinə və istiqlal ideyalarına görə təqib edildi. Şair 1937-ci ilin dəhşətli işgəncələrin qurbanı olub.

Əhməd Cavadın ölümü ilə Azərbaycan poeziyası böyük bir itki verdi. Amma onun yaradıcılığı və azadlıq ruhu xalqın yaddaşında yaşayaraq, sonrakı nəsillərə milli şüurun və vətən sevgisinin simvolu kimi ötürüldü.

Bu gün Əhməd Cavadın adı azadlıq, vətənpərvərlik və milli iradə rəmzi kimi ucalır. Ölümündən 88 il keçsə də, onun sözləri hələ də xalqın qəlbində yaşayır:

“Bir kərə yüksələn bayraq bir daha enməz!”

İlahə Qənbərli
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://missiya.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see728

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see180

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see130

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri