“Böyük beşlik”də “Qarabağ”a həsəd aparırlar
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Böyük beşlik” liqalarında ən çox məhsuldar oyun keçirən komandalar açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, üç və ya daha çox qol vurduğu matçların sayında PSJ liderdir.
Paris təmsilçisi Liqa1-in 9 görüşündə belə məhsuldarlıq nümayiş etdirib. İkinci yeri “Bavariya” və “Barselona” bölüşür. Bundesliqa və La Liqa təmsilçiləri hərəyə 8 qarşılaşmada “3+” qola seviniblər. “Dördlüy”ü “Atalanta” qapayır. Berqamo klubu A seriyasının 7 oyununda coşub.
“Böyük beşlik” klubları bu göstəricidə Azərbaycan çempionu “Qarabağ”a həsəd aparır. Qurban Qurbanovun komandası cari mövsüm Premyer Liqanın 10 matçında rəqiblərinə qənim kəsilib. Ağdam klubu keçirdiyi 14 qarşılaşmadan yalnız dördündə 3-dən az qol vurub.
Qeyd edək ki, “Qarabağ” bu gün “Sabah”ın qonağı olacaq.
Baxış sayı:131
Bu xəbər 07 Dekabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















