Icma.az
close
up
RU
Böyük biabırçılıq və ya siyasi dəllalın şousu

Böyük biabırçılıq və ya siyasi dəllalın şousu

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şahin Cəfərli: “Amerikaya o haqqı kim verib ki, Ukraynanın daxili işlərinə qarışsın?!”

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında fevralın 28-də Ağ Evdə, məşhur Oval Kabinetdə, jurnalistlərin gözləri qarşısında baş verən insident hələ də dünya gündəminin əsas müzakirə mövzusudur. Xatırladaq ki, mübahisə müharibənin diplomatik yolla həllinə nail olmaq üçün Rusiya Prezidenti Vladimir Putinə qarşı ritorikanı yumşaltmaqda israr etməyə başlayan ABŞ-ın vitse-prezidenti J.D.Vensin bəyanatı ilə başlayıb. Zelenski Rusiya Prezidenti ilə yaxşı münasibətlərin əleyhinə çıxış edərək, onun əvvəllər əldə olunmuş razılaşmaları dəfələrlə pozduğunu və bunun insanların ölümünə səbəb olduğunu xatırladıb.

Buna cavab olaraq Tramp və Vens Zelenskini müharibəni davam etdirmək istəməkdə və Amerika tərəfinə hörmətsizlikdə ittiham edərək tənqid ediblər. Nəticədə görüş mübahisəyə çevrilib və Ukrayna Prezidenti Vaşinqtonu təbii ehtiyyatlar və minerallarla bağlı sazişi imzalamadan Ağ Evi erkən tərk edib. Bundan sonra tərəflərin ritorikası daha da sərtləşib, qarşılıqlı ittihamlar səsləndirilməkdə davam edir.

Zelenski ABŞ-dan Böyük Britaniyaya gəlib. Burada Zelenskinin iştirakı ilə Avropa dövlətlərinin liderləri, Britaniya Baş nazirinin təşəbbüsü və təşkilatçılığı ilə sammit keçiriblər. Sammitdə Ukrayna münaqişəsi ilə bağlı müzakirələr aparılıb. ABŞ-dan fərqli olaraq, Avropa dövlətlərinin liderləri Kiyevə dəstəyin davam etdiriləcəyini bəyan ediblər. Bununla yanaşı, Ukrayna liderinə ABŞ lideri ilə münasibətləri düzəltmək tövsiyə edilib. Eyni zamanda, avropalılar da ABŞ-ın dəstəyi olmadan müharibənin davam etdirilməsinin Kiyev üçün yaxşı nəsə vəd etmədiyi qənaətini bölüşüblər. London sammitində Britaniya və Fransanın atəşkəslə bağlı təklifləri olub.

Son günlər dünya siyasətində baş verən sözügedən prosesləri AYNA.AZ-a müsahibəsində şərh edən politoloq Şahin Cəfərli əvvəlcə Ağ Evdə yaşanan insidentə toxunub və bunu “biabırçılıq” adlandırıb:

- Həmin səhnə Amerika dövlətinə yaraşmayan səhnə idi. Qonaq dövlət başçısını belə qarşılamazlar - həmin qonaq istər dost, müttəfiq dövlətin başçısı olsun, istərsə də dost olmayan ölkənin olsun. Bu baxımdan, həmin görüşdəki mənzərə məni təəccübləndirdi. Ümumilikdə, həmin görüş formatının özü də təəccüblü idi. Balaca Oval ofisdə çoxlu sayda insan yığışmışdı, ayaq üstə dayananlar var idi. Bilmək olmurdu ki, o insanlar kimdirlər. Təbii, Tramp özü bilirdi onlar kimdir, amma inanmıram ki, Zelenski və Ukrayna nümayəndələri ayaq üstə dayananların, kənardan replika atanların kim olduğunu bilirdilər. Məsələn, orada prezidentlər mübahisə edir, kənardan jurnalist Zelenskiyə söz atır ki, “sizin kostyumunuz yoxdur?”. Belə biabırçılıq olmaz. Həmin jurnalist qonaq dövlət başçısına elə söz atmaq haqqını hardan tapır? Ümumiyyətlə, çox biabırçı bir formata uyğun görüş idi. Həmin biabırçılığa heyrətlənməmək olmur. Amerika dövləti özünü belə nüfuzdan salmamalıdır. Çünki həqiqətən də, bu, ABŞ-ın özünün nüfuzuna zərbədir.

- İddialar var ki, prezidentlərin görüşünün bu cür şou xarakterli olması əvvəldən hazırlanmış plan idi...

- Ola bilsin ki, amerikalılar görüşün belə keçməsini əvvəlcədən planlaşdırıblar. Bunun da müxtəlif səbəbləri var. Ümumiyyətlə, Tramp komandası seçki kampaniyasını həm də Ukrayna münaqişəsi üzərində qurmuşdu. Ukrayna mövzusu ilə bağlı Respublikaçılar Partiyasının əsas tezisi bu idi ki, “biz olsaydıq, müharibə olmazdı”, “Baydenin siyasəti bizi Üçüncü Dünya müharibəsinə aparır”, “biz hakimiyyətə gələn kimi müharibəni dayandıracağıq”. İndi belə görünür ki, Tramp, Vens, ümumiyyətlə yeni adminstrasiya öz seçicilərinə mesaj vermək ehtiyacı hiss edirlər ki, “baxın, biz sizə verdiyimiz sözlərə sadiq qalırıq, görün Amerikanın maraqlarını necə müdafiə edirik”. Bu baxımdan, Zelenski ilə görüşdəki şounun əvvəldən hazırlanması ehtimalı çoxdur. Bununla Tramp öz təbliğatına “işləmiş” görünür.

Eyni zamanda, bu gün Tramp üçün müharibəni dayandıracağına dair verdiyi vədi reallaşdırmaq çox vacibdir. Tramp Ukraynadakı müharibəni tezliklə, nəyin bahasına olursa-olsun, dayandırmaq niyyətindədir. Onun üçün müharibənin hansı şərtlərlə dayanması əhəmiyyətli deyil. Əlbəttə, müharibənin necə dayanması Ukrayna üçün vacibdir, çünki bu, Ukraynanın gələcək taleyini müəyyənləşdirəcək. Ona görə də Zelenski prinsipiallıq nümayiş etdirir. Lakin Tramp sadəcə müharibəni dayandırmaq istəyir ki, amerikalılara, dünyaya vədini yerinə yetirdiyini, güclü olduğunu nümayiş etdirsin. Hətta onun Nobel Sülh Mükafatı almaq arzusu da var.

- Tramp niyə məhz müharibənin Ukraynanın məğlubiyyəti ilə dayanmasını istəsin?

- Dediyim kimi, Trampa kimin qalib, kimin məğlub olması yox, müharibənin dayanması vacibdir. Sadəcə Tramp müharibə edən tərəflərin gücünü araşdırıb və belə qənaətə gəlib ki, Ukrayna tərəfi daha zəifdir. Həmçinin, Tramp administrasiyası hesab edir ki, bu günədək Ukraynaya etdikləri yardıma görə Kiyev Vaşinqtondan asılıdır, nə desələr, qəbul olunacaq. İndiki Ağ Ev administrasiyası zəif həlqə kimi Ukraynanı görür və təzyiqi buna görə Kiyevə edir. Açıq görünür ki, Tramp adminstrasiyası Zelenskiyə çox ciddi təzyiqlər edir.

- Hətta Zelenskinin hakimiyyətdən getməli olduğunu açıq şəkildə bəyan edirlər...

- Bəli, bəyan edirlər, getməsini istəyirlər. Amma Zelenskini seçki yolu ilə dəyişdirmək olar. Müharibə davam etdiyi müddətdə isə seçkilər mümkün deyil. Ən azından, bu, Ukrayna Konstitusiyasına ziddir. Çünki Ukrayna Konstitusiyasına görə müharibə vəziyyətində seçki keçirmək olmaz. Müharibənin dayandırılmasından sonra bu, mümkün ola bilər. Bugünkü şəraitdə Zelenskinin kənar qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılması mümkün görünmür. Zelenski hansı yolla hakimiyyətdən uzaqlaşdırılacaq? Çevriliş edəcəklər? İkincisi, ABŞ-ın bu mövqeyi də düzgün deyil. Başqa bir suveren ölkənin daxili işlərinə bu dərəcədə müdaxilə etmək haqqını Amerikaya kim verir? Nə olsun ki, Ukraynaya hərbi və maddi yardım edir? Bu yardıma görə Amerika Ukraynanın daxili işlərinə müdaxilə haqqı əldə etmir. Lakin bu mövqe Rusiyanın mövqeyi ilə üst-üstə düşür ki, bu, təəssüf doğurur. Güman ki, aparılan qapalı danışıqlarda Rusiya nümayəndələri Trampın komandasını inandırıblar ki, sülhə əsas əngəl Zelenskidir. Ona görə də Tramp administrasiyasının mövqeyi ondan ibarətdir ki, Zelenski nə qədər hakimiyyətdən tez getsə, o qədər yaxşıdır. Amma Zelenski bəyan etdi ki, buna ancaq Ukrayna xalqı qərar verə bilər.

- Zelenski Vaşinqtondan Londona uçdu və Avropa liderlərinin Ukrayna ilə bağlı sammiti keçirildi. Bu sammitin yekunlarını necə qiymətləndirmək olar?

- Avropa ABŞ-la münasibətlərin zəifləməsində maraqlı deyil. İkinci Dünya müharibəsindən bu yana çox dərin Transatlantik münasibətlər formalaşıb - xüsusilə, iqtisadi, təhlükəsizlik və hərbi sahələrdə. İndi bu əməkdaşlığın, müttəfiqliyin birdən-birə bitməsi təbii ki, Avropanın istəmədiyi, arzulamadığı variantdır. Ona görə də çalışırlar ki, Amerika ilə münasibətlər mümkün qədər normal vəziyyətdə saxlanılsın. Eyni zamanda, NATO çərçivəsində Vaşinqtonla müttəfiqliyin qorunması Avropa üçün vacibdir. Ona görə də London sammitində Zelenskiyə məsləhət görüldü ki, Trampla münasibətlər yaxşılaşdırılsın. Amma təbii ki, Avropa reallığı da dərk edir. London sammiti göstərdi ki, artıq Avropa dəyişən geosiyasi şərtlərə uyğunlaşmağa çalışır. Yəni yeni formalaşan dünya düzənində Avropa öz rolunu, çəkisini yenidən müəyyənləşdirməyə çalışır. Görünən odur ki, Avropada bu siyasi iradə mövcuddur.

London sammitindəki açıqlamalar, bəyanatlar göstərdi ki, Avropa Ukraynanı dəstəkləyir, amma eyni zamanda Kiyevə Amerika ilə əlaqələri qırmamağı məsləhət görür. Avropa da anlayır ki, Amerikanın dəstəyi olmadan Ukraynanın istəklərinin yerinə yetməsi mümkün deyil.

Bununla yanaşı, Avropa hərbi xərclərini ciddi şəkildə artırmaq qərarı verib. Həmçinin Ukraynaya həm siyasi, həm hərbi, həm də maddi yardımın artırılması istiqamətində qərar verildi. İndi bu prosesdə Avropaya liderlik edəcək dövlətə, yaxud da konkret siyasətçiyə ehtiyac var. Görünən odur ki, Böyük Britaniya bu liderliyi üzərinə götürməyə çalışır. Britaniyanın Baş naziri Keir Stramerin bəyanatlarının daha açıq və konkret olduğunu görürük. Təbii ki, burada Fransa və Almaniyanın da öz rolu olacaq. Britaniya ilə Avropa İttifaqı arasında yəqin ki, uzlaşma olacaq. Beləliklə, Avropa Ukrayna ilə bağlı siyasətini qətiləşdirəcək. Amma yenə də deyirəm, Amerika ilə münasibətləri saxlamaq cəhdləri davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Mart 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see193

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see192

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri