Böyük Britaniya 2026 cı ildən elektron səyahət icazəsi sistemini məcburi tətbiq edəcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
London, 24 noyabr, AZƏRTAC
Böyük Britaniya 2026-cı ilin fevral ayından etibarən ölkəyə vizasız səfər edən bütün qonaqlar üçün elektron səyahət icazəsi (ETA) sistemini məcburi tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, yeni qaydalar çərçivəsində qonaqlar öncədən rəqəmsal icazə almadan ölkəyə daxil ola bilməyəcəklər. Daxili İşlər Nazirliyinin məlumatına görə, 25 fevral 2026-cı ildən etibarən ABŞ, Kanada, Fransa daxil olmaqla 85 ölkənin vətəndaşları Böyük Britaniyaya qanuni şəkildə səyahət etmək üçün ETA almalıdırlar. Bu ölkələr hazırda vizadan azad kateqoriyaya daxildir.
ETA sistemi sərhəd təhlükəsizliyini gücləndirməyi və ölkəyə gələnlərin Britaniya ərazisinə qədəm qoymazdan əvvəl yoxlanılmasını təmin etməyi hədəfləyir. Sistem immiqrasiya proseslərinin rəqəmsallaşdırılmasında mühüm addım olmaqla, gələcəkdə tam kontakt¬sız sərhəd nəzarəti üçün zəmin yaradır. ETA-nin qiyməti 16 funt sterlinq təşkil edir və bir neçə səfəri əhatə edir.
Nazirlik bildirir ki, sistem qüvvəyə mindikdən sonra Britaniyaya gəlmək istəyən hər kəsin ETA və ya “eVisa” formasında rəqəmsal icazəsi olmalıdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 24 Noyabr 2025 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















