Böyük Britaniya Aİ ilə mühüm müdafiə sazişi imzalamağa yaxındır
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqı ilə post-Brexit dövründə əhəmiyyətli müdafiə razılaşması əldə etməyə yaxındır.
Trend-in verdiyi məlumata görə, razılaşma çərçivəsində Britaniya silah istehsalçıları Avropa müttəfiqlərinə milyardlarla funt sterlinq dəyərində silah satışı üçün Aİ-nin tenderlərində iştirak etmək hüququ əldə edəcəklər.
Saziş Avropa Komissiyasının təqdim etdiyi 150 milyard avro məbləğində yeni müdafiə fondunu əhatə edir. Bu fond vasitəsilə Aİ ölkələrinin ABŞ istehsalçıları əvəzinə Avropa istehsalçılarını dəstəkləməsi planlaşdırılır.
Yeni müdafiə sazişi Britaniyanın Aİ-yə öz balıqçılıq sularına çıxışla bağlı ciddi güzəştə getməsi fonunda əldə olunub. Bu addım tənqidçilər tərəfindən “Brexit” prinsiplərinə zidd və milli maraqlara xəyanət kimi dəyərləndirilib.
Qeyd edək ki, Avropa İttifaqı ötən ay "Readiness 2030" adlı təhlükəsizlik strategiyasını açıqlayıb. Strategiya Aİ-nin ABŞ-dan müdafiə asılılığını azaltmaq, büdcə məhdudiyyətlərini yumşaltmaq və Aİ daxilində müdafiə texnikası alışını genişləndirməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 Aprel 2025 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















