Böyük Britaniya bu ölkənin vətəndaşları üçün viza tələblərini sərtləşdirib
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Böyük Britaniya Kinşasanın qeyri-qanuni miqrantların və məhkum olunmuş cinayətkarların geri qaytarılması məsələsində kifayət qədər əməkdaşlıq göstərməməsi fonunda Konqo Demokratik Respublikasının (KDR) vətəndaşları üçün vizaların alınması qaydasını sərtləşdirib.
"Ölkə.az" xəbər verir ki, konqolu diplomatlar və siyasətçilər vizaların prioritet qaydada nəzərdən keçirilməsi imkanından, adi vətəndaşlar isə sürətləndirilmiş vizadan məhrum ediliblər.
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud xəbərdarlıq edib ki, əgər irəliləyiş əldə olunmasa, London Konqo vətəndaşlarına, o cümlədən ölkə prezidenti Feliks Çisekediyə vizaların verilməsini tamamilə dayandıra bilər.
"Biz ümid edirik ki, ölkələr qaydalara uyğun davranacaqlar. Əgər onların hər hansı vətəndaşı burada qalmaq hüququna malik deyilsə, onlar onu geri götürməlidirlər. Mən Anqolaya və Namibiyaya təşəkkür edir və əməkdaşlıqlarını alqışlayıram. İndi KDR-in düzgün addım atma vaxtıdır: öz vətəndaşlarınızı geri götürün, əks halda, ölkəmizə daxil olmaq imtiyazını itirəcəksiniz", – deyə Mahmud bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 28 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















