Icma.az
close
up
RU
Böyük Britaniya casusluqda ittiham edərək Rusiyanı səfirini ölkədən çıxarır

Böyük Britaniya casusluqda ittiham edərək Rusiyanı səfirini ölkədən çıxarır

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Böyük Britaniya hökuməti casusluq işi ilə bağlı araşdırma çərçivəsində Rusiyanın diplomatının akkreditasiyasını ləğv edib. Ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin "yüksəkvəzifəli britaniyalı məmurla görüşə çağırılıb".

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazır.

Britaniya bildirib ki, bu addım keçən il Britaniya diplomatının Rusiyada akkreditasiyadan məhrum edilməsinə cavab olaraq atılıb.

"Böyük Britaniya əməkdaşlarımızın bu cür qorxudulmasına dözməyəcək və buna görə də cavab tədbirləri görürük. Rusiyanın istənilən əlavə addımları eskalasiya kimi qiymətləndiriləcək və adekvat cavab veriləcək", – Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.

Nəşr xatırladır ki, ötən ilin noyabrında Rusiya guya casusluq ittihamı ilə Britaniya diplomatını ölkədən çıxardığını elan etmişdi. Xüsusilə, Rusiyanın daxili kəşfiyyat xidməti – FTX həmin diplomatı "ölkənin təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat fəaliyyətində" ittiham edib.

Moskva iddia edir ki, diplomat "Rusiyaya giriş üçün müraciət edərkən bilərəkdən yalan məlumat verib və bununla da ölkənin qanunlarını pozub". Lakin Britaniya hökuməti həmin ittihamları "əsassız" adlandırıb.

"Bu, London və Moskva arasındakı gərginliyin daha da artmasının növbəti mərhələsidir", – məqalədə qeyd olunur.

Bundan əvvəl The Telegraph yazırdı ki, Rusiya və Böyük Britaniya artıq gizli dənizaltı "müharibə" aparır. Məqalədə Rusiyanın "Yantar" adlı kəşfiyyat gəmisinin Britaniya sahillərində fəaliyyəti qeyd olunur və bu, Moskvanın Qərb ölkələrinə qarşı genişmiqyaslı müharibəyə hazırlaşmasının əlaməti kimi qiymətləndirilir.

Həmçinin bildirilmişdi ki, Böyük Britaniya və Polşa Rusiyanın mümkün aqressiyasına qarşı birgə müdafiə sazişi imzalamağa hazırlaşır. Britaniya baş nazirinin bəyanatına görə, bu müqavilə iki ölkənin orduları arasında daha sıx əlaqələrin qurulmasına yönələcək.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri