Icma.az
close
up
RU
“Böyük Britaniya Çinlə münasibətlərinə aydınlıq gətirməyə çalışır” ŞƏRH

“Böyük Britaniya Çinlə münasibətlərinə aydınlıq gətirməyə çalışır” ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinə rəsmi səfəri çərçivəsində Pekində bu ölkənin lideri Si Cinpinlə görüşüb. İki lider arasındakı görüş 40 dəqiqə çəkib. Bu, Böyük Britaniya baş nazirinin son səkkiz il ərzində Çinə ilk rəsmi səfəridir. Pekində iki ölkə arasında münasibətlərin inkişafı və beynəlxalq məsələlər müzakirə olunub.

“The Guardian” nəşrində yayımlanan məqalədə Donald Trampın prezidentliyi dönəmində Böyük Britaniyanın ABŞ-la münasibətlərdə sualların yarandığı şəraitdə Londonun alternativ istiqamətlərə önəm verdiyi vurğulanıb. Kir Starmer Pekinə yola düşərkən təyyarədə verdiyi açıqlamada, iki ölkə arasındakı münasibətlərə aydınlıq gətirmək istədiyini deyib. Bu o deməkdir ki, Londonla Pekin arasında münasibətlərdə bir qisim suallar var. Elə Kir Starmerin özü əvvəlki açıqlamalarında Çin Xalq Respublikasını Böyük Britaniyanın milli təhlükəsizliyi üçün “real təhdid” adlandırmışdı. Baş nazir London ilə Pekin arasında sabit və davamlı münasibətlərin olmamasını tənqid etmişdi.

Buna baxmayaraq, Böyük Britaniya Çinlə iqtisadi əməkdaşlıqdan faydalanmaq istəyir. Halbuki, Böyük Britaniya Çinin əsas 10 ticarət tərəfdaşı arasında yer almır. Çünki, Pekin Londonu Vaşinqtonun satelliti kimi dəyərləndirir. Təsadüfi deyil ki, Kir Starmerin Çinə səfərini Böyük Britaniyada tənqid edənlər də az deyil. Mühafizəkarlar Partiyasının üzvləri Çinin Böyük Britaniyada xəfiyyə şəbəkəsi qurduğunu və xəfiyyələrin hətta Böyük Britaniya parlamentinə nüfuz etdiklərini vurğulayaraq, belə şəraitdə baş nazirin Pekinə səfərini doğru hesab etməyiblər. Kir Starmer bu ittihamlara cavab olaraq Pekindəki görüşlərdə Çində insan haqları mövzusuna da diqqət yetirəcəyini bildirib. Misal üçün Starmer deyib ki, Honkonqda həbs olunan media maqnatı Cimmi Layın azad olunmasına çalışacaq. Demokratiya tərəfdarı kimi tanınan 78 yaşlı Cimmi Lay Honkonqda milli təhlükəsizlik ittihamları ilə mühakimə olunub.

Kir Starmerin bir səfərlə iki ölkə arasındakı suallara aydınlıq gətirəcəyini söyləmək çətindir. London Vaşinqtonla münasibətlərdə yaranan suallara rəğmən, Çini ABŞ-a dəyişməyəcək. Buna baxmayaraq, Starmerin söylədiyi kimi, Böyük Britaniya – Çin münasibətlərə aydınlıq gətirməyə ehtiyac var.

Elxan Şahinoğlu

Politoloq

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri