Böyük Britaniya hökuməti qlobal istiləşməyə hazır olmağa çağırılıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
London, 15 oktyabr, AZƏRTAC
Böyük Britaniya 2050-ci ilə qədər ən azı 2 dərəcə qlobal istiləşmənin nəticəsində baş verəcək hava ekstremallarına qarşı hazır olmalıdır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə hökumətə müraciət edən Müstəqil İqlim Dəyişmələri Komitəsindən bildirilib.
Komitənin hökumətə ünvanladığı məktubda qeyd olunub ki, ölkə hazırda müşahidə edilən hava ekstremallarına belə kifayət qədər uyğunlaşmayıb, gələcəkdə gözlənilən daha ağır nəticələrə isə ümumiyyətlə hazır deyil.
Vurğulanıb ki, Böyük Britaniya Paris Sazişində nəzərdə tutulan uzunmüddətli temperatur hədəflərinin də fövqündə iqlim dəyişikliklərinə hazırlaşmalıdır. Komitə bu məqsədlə minimum iqlim ssenariləri əsasında uyğunlaşma planlarının hazırlanması üçün hökumətə zaman çərçivəsi barədə tövsiyələr verəcək.
Komitə hökuməti iqlim dəyişmələrinin qarşısını almaq üçün aydın, uzunmüddətli məqsədləri müəyyənləşdirməyə, hər 5 ildən bir yeni hədəflər təyin etməyə və bu hədəflərin icrası ilə bağlı nazirliklərin üzərinə məsuliyyət qoymağa çağırıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 Oktyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















