Böyük Britaniya ilə Türkiyə arasında müdafiə sahəsində daha sıx əməkdaşlıq barədə razılıq əldə edilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
London, 13 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
AZƏRTAC Baş nazirliyin ofisinə istinadla xəbər verir ki, Kir Starmer Prezident Ərdoğana atəşkəsin əldə olunması və müharibəyə son qoyulması prosesində oynadığı mühüm roluna görə təşəkkür edib. Tərəflər bildiriblər ki, mövcud vəziyyət dönüş nöqtəsi olmalı və sülh planının həyata keçirilməsi istiqamətində irəliləyiş davam etdirilməlidir. Kir Starmer deyib ki, Böyük Britaniya prosesin növbəti mərhələsində aparıcı rol oynamağa hazırdır.
Görüş zamanı, həmçinin iki ölkə arasında ortaq prioritetlər müzakirə olunub və müdafiə sahəsində daha sıx əməkdaşlıq barədə razılıq əldə edilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 13 Oktyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















