Icma.az
close
up
RU
“Böyük Britaniya İsrailin Qərb Sahilində addımlarını sərt şəkildə pislədi“ “Anadolu Ajansı“

“Böyük Britaniya İsrailin Qərb Sahilində addımlarını sərt şəkildə pislədi“ “Anadolu Ajansı“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Birtərəfli qərarlar beynəlxalq hüquqa və iki dövlətli həll perspektivinə zərbə vurur..."

Böyük Britaniya İsrail hökumətinin Qərb Sahilində nəzarəti genişləndirməyə yönəlmiş qərarlarını kəskin tənqid edib. 

Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.

Londonda sərt reaksiya

Məlumata görə, London bu addımların beynəlxalq hüquqa və iki dövlətli həll perspektivinə ciddi zərbə vurduğunu bildirib. Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, torpaqdan istifadə, inzibati səlahiyyətlər və hüquqi icra sahəsində planlaşdırılan dəyişikliklər bölgədə sülh və sabitliyə zərər vurur. Rəsmi London açıq şəkildə deyir: "Qərb Sahilinin coğrafi və ya demoqrafik reallığını birtərəfli qaydada dəyişmək qəbuledilməzdir."

İsrailin qərarları və risklər

Fevralın 8-də İsrailin təhlükəsizlik kabineti Fələstin Administrasiyasının idarə etdiyi ərazilərdə nəzarətin gücləndirilməsini nəzərdə tutan qərarlar qəbul edib. Bu addımların bir hissəsi Əl-Xəlildə mövcud razılaşmalara zidd hesab olunur.

Xüsusilə İbrahim məscidi və ətraf ərazilərdə planlaşdırma və tikinti səlahiyyətlərinin İsrailin mülki administrasiyasına verilməsi 1997-ci il Əl-Xəlil razılaşmasına uyğun gəlmir. Eyni zamanda, İudeya və Samariyada daşınmaz əmlak əməliyyatlarını məhdudlaşdıran əvvəlki hüquqi normativlər ləğv edilib, yəhudilərin bölgədə daha aktiv məskunlaşmasına imkan yaradılır.

Beynəlxalq reaksiya

Böyük Britaniya İsraili qərarları dərhal geri götürməyə çağırır və vurğulayır ki, iki dövlətli həll uzunmüddətli sülh üçün yeganə real yoldur. Paralel olaraq, ABŞ prezidenti Donald Trampın Qərb Sahilinin ilhaqına qarşı olduğu açıqlanıb.

Bir qrup ərəb və müsəlman ölkəsi - Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, Qətər, İndoneziya, Pakistan, Misir və Türkiyə  İsrailin addımlarını "ən qəti şəkildə" pisləyərək bunların işğal olunmuş ərazilərdə "yeni reallıq" yaratmağa yönəldiyini bildiriblər.

BMT və beynəlxalq ictimaiyyət Qərb Sahilini, o cümlədən Şərqi Qüdsü işğal olunmuş Fələstin ərazisi hesab edir, İsrailin məskunlaşma fəaliyyəti isə beynəlxalq hüquqa görə qanunsuz sayılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri