Böyük Britaniya La Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Böyük Britaniya hökuməti La-Manş boğazında 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb.
APA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Əməliyyata Böyük Britaniya Sahil Mühafizəsinin xilasetmə qayıqları, helikopteri və təyyarəsi cəlb olunub.
Qayıq Fransanın Normandiya bölgəsində yerləşən Jobur kommunasından İngiltərənin Hempşir qraflığı sahillərinə doğru hərəkət edirmiş.
Miqrantlar xilasetmə qayıqlarına keçirilib və Portsmuta aparılıb. Onların daha sonra miqrantların saxlanıldığı Manston mərkəzinə göndəriləcəyi gözlənilir.
2018-ci ildən bəri 205 mindən çox qanunsuz miqrant La-Manş vasitəsilə kiçik qayıqlarda Böyük Britaniyaya keçib. Qeyd olunur ki, qanunsuz miqrasiya problemi ölkənin Aİ-dən çıxmasından sonra daha da kəskinləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 07 Sentyabr 2026 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















