Icma.az
close
up
RU
Böyük Britaniya müharibəyə hazırlaşır Yeni təhlükə siqnalı var?

Böyük Britaniya müharibəyə hazırlaşır Yeni təhlükə siqnalı var?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şəkildə bəhs edir. Bu, yalnız ölkədaxili təhlükəsizlik tədbiri deyil, eyni zamanda Avropa və dünya üçün geosiyasi mesaj daşıyan ciddi strateji bəyanat kimi qiymətləndirilir.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, bu strategiyanın arxasında duran əsas səbəblər son illər dünyada müşahidə olunan müharibələr, regional qarşıdurmalar və böyük güclər arasındakı qütbləşmənin daha da dərinləşməsidir.


Politoloqun fikrincə, Britaniya bu sənədlə göstərir ki, artıq Avropanın təhlükəsizliyi yalnız ABŞ-nin ümidinə buraxıla bilməz:

"ABŞ rəhbərliyi açıq şəkildə bəyan etdi ki, Avropa öz təhlükəsizliyinə daha çox vəsait ayırmalıdır. Yəni artıq “biz sizi qoruyarıq” yanaşması yoxdur. Bu isə Avropa dövlətlərini, xüsusilə Britaniya kimi qlobal ambisiyaları olan ölkələri öz hərbi gücünü yenidən qurmağa vadar edir”.


Ə.Məmmədli hesab edir ki, Ukrayna müharibəsi, İsrail-İran qarşıdurması, Yaxın Şərqdəki gərginliklər və Çinin iqtisadi yüksəlişi kimi proseslər, həmçinin İranın uzaqmənzilli raket imkanları kimi amillər Britaniyanın təhlükəsizlik siyasətini kökündən dəyişməyə vadar edib:

“Dünya artıq açıq güc nümayişlərinin meydanına çevrilib. İranın 2 min kilometrlik raketləri var, Çin çip texnologiyası ilə qlobal iqtisadiyyata hökm edir. İsrail demək olar ki, bütün qonşuları ilə qarşıdurmadadır. Bu mənzərədə Britaniya da başa düşür ki, sadəcə NATO və ABŞ-nin kölgəsində qalmaqla milli təhlükəsizliyini təmin edə bilməz”.


O, hesab edir ki, Britaniyanın bu strategiyası həm də onun keçmiş imperiya nüfuzunu bərpa etmək cəhdlərinin tərkib hissəsidir:


“Böyük Britaniya balaca ölkə ola bilər, amma imperiya mirası və dünya üzrə əlaqələri çox böyükdür. Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələr hələ də Britaniya monarxiyasının təsiri altındadır. Bu, onu fərqli mövqeyə çıxarır. Britaniya Anqlosakson hegemoniyasının əsas dayaqlarından biri olaraq həm də ABŞ-dən nisbətən müstəqil şəkildə hərəkət etmək istəyir. Çünki o, 19-cu əsrdə və 20-ci əsrin birinci yarısında dünyanın əsas “dirijor”larından biri idi. İndi də yenidən bu statusa qayıtmaq niyyətindədir”.


Ekspert əlavə edib ki, bu sənəd yalnız Britaniyanın daxili siyasətini deyil, Avropadakı digər dövlətlərin də təhlükəsizlik strategiyasını dəyişməyə təhrik edə bilər:


“İspaniya, İtaliya, Almaniya - bunlar hamısı keçmiş imperiyalardır. Onlar da artıq daha çox özünümüdafiə strategiyası üzərində düşünür. Britaniyanın bu açıq bəyanatı isə Avropada kollektiv təhlükəsizlik konsepsiyasının yeni mərhələsinə keçidin siqnalıdır.
“Nəticə etibarilə, Britaniyanın bu addımı Avropa üçün bir xəbərdarlıqdır - yəni geosiyasi reallıqlar dəyişir, dünya çoxqütblü sistemə doğru gedir və bu sistemdə yer tutmaq istəyənlər artıq yalnız diplomatik yolla deyil, hərbi və strateji güclə də var olduqlarını sübut etməlidirlər. Britaniya da məhz bu cür mövqe ortaya qoyur”.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyun 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri