Icma.az
close
up
RU
Böyük Britaniya Putinin yaxın ətrafına sanksiya tətbiq edir

Böyük Britaniya Putinin yaxın ətrafına sanksiya tətbiq edir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Britaniya Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinə yaxın olan 4 şəxsə və Rusiyanın nüvə enerjisi nəhəngi “Rosatom”a bağlı iki təşkilata qarşı sanksiya tətbiq edib.

Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, “Rosatom”a bağlı 2 şirkət Rusiyanın Ukraynadakı döyüş bölgəsində hərbi fəaliyyətinə dəstək verib.

İngiltərə Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinə təzyiqləri davam etdirmək üçün 4 yüksək rütbəli şəxs və 2 təşkilatın sanksiya siyahısına salındığını açıqlayıb.

Tətbiq olunan şəxslərin aktivləri dondurulub və səyahət qadağaları tətbiq edilib.

Sanksiya tətbiq edilən şəxslər Rusiya hökumətinin Federal Texniki və İxrac Nəzarəti Xidmətinin rəhbəri Vladimir Viktoroviç Selin, Rusiya müdafiə nazirinin müavini Pavel Mixayloviç Fradkov və Rusiyadakı mədən şirkəti PNK-Uralın sahibi, Rusiya Təhlükəsizlik Şurasının üzvü Yuri Yakovleviç Çaykanın oğlu iş adamı Artem Yuryeviç Çaykadır.

Bildirilib ki, 2022-ci ilin martında Yuri Yakovleviç Çaykaya tətbiq edilən hazırkı sanksiya yenilənib.

Bildirilib ki, sanksiyaya məruz qalan iki təşkilat müdafiə sektorunda fəaliyyət göstərən və Rusiyanın hərbi fəaliyyətlərini dəstəkləyən dövlət nüvə enerjisi şirkəti “Rosatom”un törəmə şirkətləri olan “Kirov Energomash Plant” zavodu və “Rosatom Additive Technologies”dir.

Hər iki təşkilatın Rusiyanın enerji və müdafiə sektorlarında fəaliyyət göstərdiyi bildirilir.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi sanksiyalarla bağlı açıqlamasında: “Mən Putinə təzyiqləri davam etdirmək üçün əlavə sanksiyalar elan edirəm. Ukraynalılar öz ölkələrinin gələcəyi və bütün Avropada suverenlik prinsipi uğrunda cəbhə xəttində mübarizə aparırlar”, - deyə qeyd edib.

Lammy: “Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümündən təxminən bir il sonra Yuliya Navalnaya ilə görüşməkdən və Putinin siyasi müxalifətini sıxışdırmaqla Kremlin korrupsioner qlobal münasibətlərini zəiflətməyə sadiq olduğumuzu ifadə etməkdən şərəf duyuram. Biz dostlarımızı və müttəfiqlərimizi Rusiyanın davam edən təcavüzünə qarşı əlavə addımlar atmağa çağırırıq”, - deyə o bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Lammi ötən həftə Kiyevə səfər edib və Ukrayna ilə İngiltərə arasında yüz illik tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Fevral 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri