Icma.az
close
up
RU
Böyük Britaniya qoşun göndərir Rusiya Ukrayna müharibəsi sonlanır?

Böyük Britaniya qoşun göndərir Rusiya Ukrayna müharibəsi sonlanır?

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya təhlükəsizlik təminatı vermək məqsədilə qoşun göndərməyə hazır olduqlarını açıqlayıb. Baş nazir deyib ki, Ukraynanın təhlükəsizliyinin təminatında oynayacaqları istənilən rol həm ölkələrinin, həm də qitənin təhlükəsizliyini təminat altına almağa kömək edəcək. 

Starmer ABŞ-nin təhlükəsizlik təminatının da möhkəm sülh üçün vacib olduğunu və bu səbəbdən mövzunu Donald Trampla müzakirə edəcəyini söyləyib. 

Sfera.az xəbər verir ki, Avropa liderlərinin bu gün keçiriləcək fövqəladə zirvə toplantısında bu məsələlər müzakirəyə çıxarılacaq. Ukraynaya göndəriləcək hərbi kontingentin tərkibində Fransa hərbçiləri də xüsusi yer tutacaq. 

Böyük Britaniya baş nazirinin açıqlamasını şərh edən politoloq Şahin Cəfərli bunun tarixi əhəmiyyətli qərar olacağını bildirib. Politoloq dedi ki, hazırda gündəmi daha çox ABŞ-Avropa münasibətləri, ABŞ-Rusiya dialoquna Ukrayna və Avropanın cəlb edilib-edilməyəcəyi ilə bağlı mövzular zəbt edib.

Bu vəziyyətin Rusiya üçün əlverişli olduğunu söyləyən Ş.Cəfərli tezliklə bütün diqqətlərin yenidən Rusiyaya yönələcəyini və bunun ciddi Rusiya üçün əlverişli olmayan ağır nəticələr verəcəyini qeyd edib:

“Rusiya bu müharibənin sonunda ingilislər başda olmaqla, Qərb qoşunlarının Ukrayna sərhədlərinə yerləşdirilməsi ssenarisini heç düşünməmişdi. Müharibənin bu cür sonluqla bitməsi Putinin elan etdiyi vəzifələrə və məqsədlərə tamamilə zidd olan yeni reallıqlar ortaya çıxaracaq. Çünki 18-19% ərazisini itirmiş olsa da, müstəqil, milli Ukrayna dövləti mövcudiyyətini davam etdirəcək və bu mövcudluğa Qərb təminat verəcək. Bu, Rusiyanın bir daha Ukraynanı təhdid edə bilməyəcəyi və onu birdəfəlik itirəcəyi anlamına gəlir. Halbuki Rusiyanın bu müharibəni başlatmaqda fundamental məqsədi Ukraynanı təkrar Moskvanın asılılığına qaytarmaqdan ibarət idi”. 

Vasif 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Fevral 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri