Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Böyük Britaniya “Alfastraxovaniye”, VSK və 30 Rusiya neft tankerinə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Britaniya hakimiyyəti “Alfastraxovaniye” və “VSK” şirkətlərinin sanksiya siyahısına salınmasını onunla əsaslandırıb ki, bu şirkətlər Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorda biznes qurmaqla Rusiya hökumətinə dəstək verməklə fayda əldə etməkdə iştirak edirlər.
Tankerlərə gəlincə, məhdudiyyətlərin tətbiqinə əsas kimi onların Ukraynanın sabitliyinin pozulmasına gətirib çıxaran, onun ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən fəaliyyətlərdə iştirakı və Rusiya hökumətinin dəstəyindən faydalanması göstərilib.
Sənəddə deyilir ki, sanksiya tətbiq edilən gəmilər Rusiyadan üçüncü ölkələrə neft və ya neft məhsullarının daşınması üçün istifadə olunur.
Bu mövzuda digər xəbərlər:Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
17 İyun 2025 15:12
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi
14 Fevral 2025 13:01
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
25 Noyabr 2024 15:55
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb
25 Noyabr 2024 15:44
Baxış sayı:74
Bu xəbər 25 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















