Icma.az
close
up
RU
Böyük Britaniya sahillərində nəhəng aysberqlərin izləri aşkar edilib

Böyük Britaniya sahillərində nəhəng aysberqlərin izləri aşkar edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

London, 25 aprel, AZƏRTAC

Alimlər Böyük Britaniya sahillərində şəhər ölçüsündə olmuş nəhəng aysberqlərin izlərini aşkar ediblər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, araşdırmalar bu aysberqlərin on minlərlə il əvvəl Şimal dənizinin dibini dərin izlərlə yararaq sahil boyu hərəkət etdiyini göstərir. Tədqiqatçılar bu izlərin təxminən 18 min il əvvəl Britaniya və İrlandiyanı örtən buz örtüyündən qopmuş aysberqlərə aid olduğunu bildirirlər. Bu isə həmin dövrdə buzlaqdan böyük ölçülü aysberqlərin ayrıldığına dair ilk konkret sübut sayılır. Bu tapıntılar müasir dövrdə iqlim dəyişikliyinin Antarktidaya təsirini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Alimlər bu qədim aysberqlərin “barmaq izlərini” dəniz dibinin 3D seysmik məlumatları əsasında müəyyən ediblər. Bu məlumatlar adətən neft-qaz və külək turbinləri layihələri çərçivəsində aparılan okean tədqiqatlarında toplanır. Yüksək dəqiqlikli bu görüntülər müasir dəniz dibinin altında yerləşən çöküntü qatlarının keçmişdəki vəziyyətini MRT skanına bənzər şəkildə təsvir edir.

Tədqiqat nəticəsində böyük aysberqlərin sualtı kələ-kötür “daraqvari” izlər buraxdığı müəyyən edilib. Bu izlər Britaniya-İrlandiya buz örtüyündən qopan və suda hərəkət edən nəhəng buz parçalarının dibə sürtünməsi nəticəsində yaranıb. Alimlər qeyd edir ki, bu izlərin bəzisi müasir Şotlandiyanın şərq sahilindən cəmi 145 kilometr (90 mil) məsafədə yerləşir. Bu da həmin dövrdə buzlaqdan ayrılan aysberqlərin Böyük Britaniya sahillərinə nə qədər yaxınlaşdığını göstərir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri