Icma.az
close
up
RU
Böyük Britaniya səfiri: Azərbaycanı regionda təbii mərkəz kimi görürük

Böyük Britaniya səfiri: Azərbaycanı regionda təbii mərkəz kimi görürük

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 21-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı yeni səfiri Dankan Normanın iştirakı ilə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfir iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri barədə danışıb, Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

D.Norman bildirib ki, 30 ildən artıq tarixə malik ikitərəfli əməkdaşlıq enerji sahəsindən başlayıb, bu gün isə ticarət, investisiya, təhsil, müdafiə, təhlükəsizlik, innovasiya və digər istiqamətləri əhatə edir.

İqtisadi əlaqələrin genişləndirilməsi, enerji keçidi, bərpaolunan enerji, təhsil və innovasiya sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu deyən diplomat Azərbaycanın regional nəqliyyat və bağlantı layihələrindəki roluna da toxunub.

D.Norman Böyük Britaniyanın daha əhatəli Orta Dəhlizin inkişafını dəstəkləməyə hazır olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlar regionda yeni ticarət, investisiya və bağlantı imkanlarının yaranmasına şərait yarada bilər.

“Azərbaycanı bu regionda nəqliyyat, infrastruktur, maliyyə və məlumatlar sahəsində təbii bir mərkəz kimi görürük”, - deyə D.Norman vurğulayıb.

Daha sonra səfir media nümayəndələrinin suallarını cavablandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri