Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
London, 29 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti Səudiyyə Ərəbistanı ilə ümumi dəyəri 6,4 milyard funt sterlinq olan ticarət və investisiya razılaşmalarını yekunlaşdırıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə hökumət maliyyə naziri Reyçel Rivzin Körfəz ölkələri ilə iqtisadi əlaqələri gücləndirmək məqsədilə Ər-Riyadda keçirdiyi görüşlərdən sonra məlumat yayıb.
Razılaşmaya əsasən, Böyük Britaniyanın İxracat Maliyyələşdirmə Agentliyi (“UK Export Finance”) Səudiyyə Ərəbistanındakı layihələr üçün 5 milyard funt dəyərində maliyyə dəstəyi təqdim edəcək. Bu təşəbbüs Britaniya şirkətlərinə regionda yeni müqavilələr qazanmaq imkanı yaradacaq.
Bundan əlavə, hökumət bəyan edib ki, “Aberdeen Investcorp”, “Barclays”, HSBC və Britaniyanın süni intellekt sahəsində fəaliyyət göstərən “Quantexa” şirkəti ilə milyonlarla funt dəyərində əlavə investisiya sazişləri də imzalanıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 29 Oktyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















