Böyük Britaniya Ukraynadakı hərbi qulluqçularının sayını artırıb
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kiyevdəki səfirliyin təhlükəsizliyini təmin edən və hərbi əməliyyatlara qatılan Britaniya hərbi qulluqçularının sayı 2024-cü ilin iyulunda Leyboristlər Partiyasının hakimiyyətə gəlməsindən bəri artıb.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) Müdafiə komitəsində çıxışı zamanı bildirib.
"Ukraynada səfirliyə və ölkənin müdafiəsinə yardım göstərən bir neçə Britaniya hərbçisi var. Bu vəziyyət səfirliyin müdafiə bölməsinin 2022-ci ilin aprelində işini bərpa etməsindən bəri davam edir. 2024-cü ilin iyulunda seçkilərdən sonra bu rəqəm artıb. Biz Ukraynanın xahişi ilə ona dəstəyimizi artırmağa davam edirik", - o deyib.
Xatırladaq ki, yanvarın 6-da Parisdə "istəklilər koalisiyası"nın görüşünün nəticələrinə əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisində beynəlxalq qüvvələrin yerləşdirilməsi niyyəti haqqında bəyannamə imzalayıblar. İştirakçılar həmçinin Kiyevə təhlükəsizlik zəmanətləri verilməsi haqqında bəyannamə də imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















